«Azərsu» 150 min cərimələnib
Fındığa görə...
ÜLVİYYƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şirvanda yol çöküb
Binalar ciddi təhlükədə
-
«Təcrübəsi yoxdur»
Bakıda «Azərsu»ya bina tikən şirkəti Ukraynada tenderə buraxmadılar
-
Günah «Azərsu»da olub
«Azəravtoyol» rəsmisindən çökən yolla bağlı yeni açıqlama: «Yolun dağılmasına səbəb kollektorun dağılması olub»
-
Korrupsionerin QORXMAZlığı Bakını çökdürür...
«Azərsu» 10 ildə dövlətin 5 milyardını selə verib, suda batırdı
-
Bakı kəndlərinin su və kanalizasiya dərdi
Sakinlərin canı nə vaxt qurtaracaq?
-
«BDU-da rüşvətxorluq var» deyən tələbə axtarılır
Məhkəmə Mirağayev barəsində qərar verib
-
Masazırın duz gölünə axan çirkab suları, leş qoxusu
«Azərsu» susdu, «Azərsun» isə deyir ki...
-
Bakıda təmiz su fırıldağı...
...Və ya qapı-qapı gəzən təhlükə
-
... BŞİH-də müşavirə
Prezidentin tapşırığı ilə...
-
Dəmir Yol Vağzalı sərnişinlərin ixtiyarında
Prezident və xanımı əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu
-
Rəisin dələduzluq karyerası...
...İşçisinə də atıb, tanış olduğu qadına da...
-
...Limitlər artırıldı
Tarif Şurası qaz və elektrik enerjisinə görə tətbiq etdiyi güzəştlərə...
-
Enerjinin qiyməti əl yandıracaq...
Qışda qazın, yayda elektrik enerjisinin...
-
Ədalətsizliyin differensiyası...
... və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında
-
Terapiyasız şok...
İslahatlar çox gec görünür
-
«Sayğaclara müdaxilə olmayacaq»
«Azəriqaz» tarif artımı ilə bağlı açıqlama verdi
Yasamal Rayon Məhkəməsi «Azərsu» Açıq Səhmdar Cəmiyyətini cərimələyib. Bu barədə virtualaz.org-a vəkil Azər Quliyev məlumat verib.
Vəkilin sözlərinə görə, Yasamal Rayon Məhkəməsində hakim İlahə Abbasovanın sədrliyi ilə «Azərsu» ASC-yə qarşı «mülkiyyətin dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi ilə əlaqədar kompensasiyanın və dəymiş zərərin əvəzinin ödənilməsi barədə» iddiaya baxılıb.
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə bağlı torpaq mülkiyyətçisinin 42 sot torpaq sahəsinə, 80 top fındıq ağacına və 7 il əldən çıxmış gəlirə görə ziyanı hesablanaraq kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilib.
Bundan əlavə, digər məhkəmə qərarı ilə «Azərsu» ASC cərimələnib. ASC 53 sot torpaq sahəsinə, 80 top fındıq ağacına və 7 il əldən çıxmış gəlirə görə kompensasiya ödəyəcək. Beləliklə də «Azərsu» iddiaçılara 150 min manatdan artıq vəsait ödəməli olacaq.
A.Quliyev bildirdi ki, kəmərin təsirinə məruz qalan 4 min ailəyə kompensasiya verilməyib: «Məhkəmələr vasitəsilə kompensasiya ödənilməsinə nail oluruq. Amma artıq 4 ilə yaxındır ki, məhkəmə prosesləri gedir, qurum müxtəlif vasitələrdən istifadə edərək məhkəmələrin yubadılmasına çalışır».
Qeyd edək ki, Nazirlər Kabinetinin 24 fevral, 2006-cı il tarixli, 42S saylı sərəncamına əsasən Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi layihəsinin idarə edilməsi və sifarişçi funksiyalarının icrası «Azərsu» ASC-yə həvalə edilib. 2010-cu ildə kəmərin rəsmi açılışı olub.
Su kəməri Azərbaycanın 8 rayonunun ərazisindən keçir. 3257 torpaq mülkiyyətçisi (975,99 hektar torpaq sahəsi) hələ də kompensasiya ala bilməyib.