vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
14:24 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 2856 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

13 müəllimin halı pisləşib

İmtahanın nəticələrini biləndən sonra...

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsi zamanı təcili yardıma 12 nəfər müraciət edib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın ANS PRESS-ə verdiyi məlumata görə, müraciət edənlərin 11-i qadın, 1-i isə kişi müəllimi olub.


Müəllimlərdən yalnız 1-i xəstəxanaya yerləşdirilib. Bu hadisə Bakının Mərdəkan qəsəbəsindəki 183 saylı məktəbdə keçirilən imtahan zamanı qeydə alınıb.

Bu gün isə 1 müəllimin halı pisləşib. Hadisə 88 saylı məktəbdə qeydə alınıb. Müəllimə ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, iyunun 10-dan Azərbaycanda ilk dəfə olaraq Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsi keçirilir. Təcili yardım briqadaları Bakının 11 rayonu üzrə 29 məktəbdə növbətçilik çəkir. Bakı məktəb müəllimlərinin sınaq qiymətləndirilməsində ümumilikdə 357 məktəbin 30 072 nəfər müəllimi iştirak edəcək.