vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
19:33 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 1414 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər büdcəni cərimələrlə doldurur

Parlamentin təmsilçisi: «Sərkisyan hökumətinin bu cür davranışı normaldır»

Səbinə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Milli Statistika Xidmətinin məlumatına görə, bu il Ermənistanın dövlət büdcəsində müxtəlif cərimələr hesabına əldə edilən vəsaitin həcmi artıb. Ermənistanın hazırkı durumuna baxanda bu, adi haldır.


Ermənistan parlamentində «Ciblərimizi soymaqdan əl çəkin» adlı təşəbbüs qrupunun nümayəndəsi Vardan Akobyan yerli hökuməti qara camaatı çapıb-talamaqda qınayır.

«Bu, təbii haldır. Onlar bizi izləyirlər, yazıq camaatı istismar edərək həm dövlət büdcəsini, həm də öz ciblərini doldururlar» - deyə V.Akobyan erməni saytlarından birinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırkı hökumət sənaye və büdcəyə gəlir gətirə biləcək digər sahələri inkişaf etdirmək əvəzinə sıravi vətəndaşları soymaqla məşğuldur.

«Sənayenin inkişafı yeni iş yerlərinin açılması, xalqın istehsalla əlaqələndirilməsi, insanlara öz evlərində yaşama imkanı yaradılması deməkdir. Hazırkı hökumətin proqramında bu kimi tədbirlərin izi də yoxdur. Hökumətin proqramına daxil olanlar yalnız gəlirləri əhalinin hesabına təmin etmək, boş-boş vədlər vermək, emiqrasiyanı genişləndirmək və xalqı istədiyi kimi idarə etməkdir. Milli Statistika xidmətinin nəticələri bunu bir daha sübut etdi»- Akobyan deyir.

Akobyanın sözlərinə görə, Ermənistan hökumətinin dövlət proqramı xalqı yoxsulluğa, səfalətə sürükləyir, bu da sözsüz ki, emiqrasiyaya səbəb olur. Ölkədə buna qarşı heç bir mübarizə aparılmır.

Qeyd edək ki, Ermənistanda ağır iqtisadi şərait, korrupsiya, işsizlik problemi, sosial şəraitin hər gün daha da pisləşməsi, ərzaq mallarının qiymətinin bahalaşması səbəbindən ölkəni tərk edənlərin sayı durmadan artır. Dövlət statistika idarəsinin məlumatına görə, 2014-cü ilin birinci rübündə 479219 erməni ölkəyə daxil olduğu halda, 511053 nəfər Ermənistanı tərk edib. Ölkə əhalisinin sayı cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 min nəfər azalıb.