Elnarənin şıltaqlığı ...
... Sərt cəza ilə bitdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Müəyyən addımlar atılıb”
Jurnalistə bıçaqla hücuma görə cinayət işi başlanıb
-
Əlahəzrət DYP
... Yaxud, yol hərəkəti qaydaları polisə aid deyil?
-
Sürücülərin nəzərinə!
Bakının mərkəzi küçələrində yol nişanları dəyişdirildi
-
“100” kod adlı əmr
Bakının polis rəisi iki qızı qatı cinayətkarlara davranır şəkildə niyə saxladı?
-
Sərxoşlar “Təmiz hava”nın qurbanı oldu
Yol polisi reyd keçirdi
-
“50 manat cərimə …”
Sürücülərə xəbərdarlıq
-
“Alternativ yollardan istifadə edin”
Bakıda bir həftə bağlı qalacaq yolların siyahısı
-
Riyad Əliyev saxlanıldı
Prezidentin qohumu olan iş adamına 30 sutka həbs verildi
-
DYP niyə bu günə düşüb?
Rüşvəti ver polisə birini də üstəlik
-
Əzrayıl Azərbaycan yollarında «avtoşluq» edir
5 ölü, 38 yaralı
-
Bakıda nömrəsiz maşınları kimlər sürür?
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
-
11 mindən çoxu sərxoş olub
133 786 sürücü, 83 567 piyada cərimə olunub
-
«Yol polisi olmasa, ...»
Polkovnik taksi sürücülərindən şikayətçidir
-
Maşın ustaları yol polisi ilə əlbir imiş
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
-
Yol polisinin «qayğıkeşliyi»
«Elə edin ki, avtomobilinizi vuran adam sizi görməsin» fırıldağı, yaxud «gördüyündən göz kirəsi almaq»
-
Yollarda təhlükəsizlik tədbirləri gücləndirilib
DYP rəsmi məlumat yaydı
«ELNARƏ» löhvəli avtomobili idarə edən müğənni Bakının Əzizbəyov heykəli yaxınlığındakı ərazidə yolla hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozur, daha sonra müşahidə kameralarına əl də edərək «salam» göndərir. Lakin bir neçə dəqiqədən sonra müğənninin avtomobili yol polisi əməkdaşları tərəfindən paytaxtın «Azneft» meydanı ərazisində saxlanılır. Polis tərəfindən faktla bağlı yerindəcə fotomaterial hazırlanır və yol verilmiş qanun pozuntusuna görə sürücü barəsində inzibati protokol tərtib edilir.
Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən «Trend»əbildiriblər ki, görüntülərdəki 2013-cü il modelli «Jeep Wrangler» markalı, 99 FB 078 dövlət nömrə nişanlı avtomobil 2 gün əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil Bakı şəhəri, Binəqədi rayonunda qeydiyyatda olan Xəlilova Elnarə Sabit qızının adınadır və hazırda İdarənin mühafizə olunan dayanacağında saxlanılır.
İdarənin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məsələ ilə bağlı «Trend»ə bildirib ki, kimliyindən asılı olmayaraq sürücülərin belə əməlləri yolverilməzdir: «Avtomobilin dövlət nömrə nişanının gizlədilməsi və yaxud yerindən çıxarılıb ön şüşənin üzərində aparılması qanunvericiliyin tələbinin pozulması deməkdir. Nəqliyyat vasitəsi mütləq dövlət nömrə nişanları ilə idarə edilməlidir və bütün hallarda, hava şəraitindən asılı olmayaraq, nömrənin görünməsi təmin edilməlidir. Əks halda kimliyindən asılı olmayaraq qanunvericiliyin bu tələblərini pozan şəxslərə qarşı müvafiq cəza tədbirləri görülür. Bu halda da kadrlardan göründüyü kimi Elnarə xanım Xəlilova avtomobilin dövlət nömrə nişanın üzərini kustar üsulla hazırlanmış və üzərində öz adı yazılmış lövhə ilə örtüb. Belə hallar yolverilməzdir. Məhz ona görə də həmin avtomobil saxlanılaraq müvəqqəti mühafizə olunan dayanacağa yerləşdirilib».
Məsələ ilə əlaqədar Elnarə Xəlilovanın özünün münasibətini öyrənmək istəsək də, müğənni telefon zənglərinə cavab verməyib.