vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
14:18 | 21 iyun 2014 | Şənbə Məqaləyə 1401 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İFF ictimai rəyə qarşı

Del Boskeylə bağlı qərar açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

İspaniya Futbol Federasiyası (İFF) DÇ-2014-də uğursuz nəticə göstərməsinə baxmayaraq, millinin baş məşqçisi Visente del Boskeni istefaya göndərməyəcək. Bu barədə İFF-nin direktoru Xorxe Peres məlumat verib:


«Əgər bizim yaxşı məşqçimiz varsa, onu niyə dəyişək? Biz hələ onunla söhbət etməmişik. İndi ən yaxşısı bununla bağlı bütün müzakirələri çempionatdan sonraya saxlamaqdı. Del Boske müqavilə imzalayanda demişdi ki, əgər hansısa hadisəyə görə federasiya onun getməsini istəsə, dərhal bu addımı atacaq.

Amma şəxsən mən onun qalmasını istəyirəm. Biz del Boskedən yaxşı məşqçi tapa bilməyəcəyik. Əgər o istefa vermək istəsə, onu fikrindən daşındırmağa çalışacağıq».

Dünən İspaniya mətbuatında millinin dünya çempionatında biabırçı çıxışından sonra komandanın baş məşqçisi Visente del Boskenin istefası məsələsi gündəmə gəlmişdi.

Məşhur «Marca» qəzeti bununla bağlı oxucular arasında sorğu keçirmişdi. Rəyi soruşulanların 68,6 faizi Visente del Boskenin istefa verməli olduğunu bildirmişdi.

Xatırladaq ki, İspaniya Del Boskenin rəhbərliyi ilə 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionu olub.