vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
MÜBAHİSƏ  
22:19 | 1 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 3814 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«5 dəfə anamla qəbulunda olmuşuq»

Adolat Aznaurova: «Sonuncu dəfə bizi otağına buraxmamağı tapşırdı»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün «Odlar Yurdu» Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurovanın universitetə olan 2 min borcunu ödəmədiyi üçün dövlət imtahanına buraxılmaması ilə bağlı xəbər vermişdik. Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev isə tələbənin kəsirlərinin olduğu üçün imtahana buraxılmadığını deyib. Vaxt.az xəbər verir ki, Adolat Aznaurova AZXEBER.COM-a müsahibə verib.


- «Odlar Yurdu» universitetinin rektoru Əhməd Vəliyev bu gün portalımıza verdiyi açıqlamada iddia edir ki, sizin imtahanlardan kəsrləriniz var. Və buna görə də dövlət imtahanına buraxılmırsınız.

- Xeyr, bu tamamilə yanlış məlumatdır. Mənim universitetdə sənədlərim var. Oradan da baxa bilərsiniz. Mənim heç bir kəsirim yoxdur. Məni imtahana maliyyə şöbəsinin imzası olmadığı üçün buraxmırlar. Onlar deyirlər ki, gərək mən universitetə olan borcumu ödəyim ondan sonra məni imtahana buraxacaqlar.

 

- Siz  universitetə olan 2 min manat təhsil haqqını ödəməmisiniz?

- Bilirsiniz, mən ABU-da axırıncı kursda oxuyanda təhsil haqqımı ödəmişdim. Sonra universitet bağlandı və bizi buraya köçürdülər. «Odlar Yurdu» universitetində mənə dedilər ki, sən universitetlə müqavilə bağlamalısan. Mən də bağladım. Sonra dedilər ki, təhsil haqqı olan 2 min AZN-i verməlisən. Mənsə onlara ABU-dakı təhsil haqqımı ilin əvvəlində ödədiyimi dedim. Universitetdən isə mənə məbləği ödəməli olduğumu dedilər.

 

- Rektorla görüşüb bu probleminizi özünə demisinizmi?

- Əvvəlcə onu deyim ki, rektor məni tanıyır. Qəbulunda anamla bir yerdə 5 dəfə olmuşuq. Axırıncı dəfə dünən qəbuluna düşmək istədim. Köməkçisi Səbuhi müəllim mənim adımı yazıb gözləməyimi istədi. 3 saat keçəndən sonra Əhməd müəllim öz otağından çıxdı. Bizi görsə də qəbula buraxılmamağımızı tapşırdı.

 

- Universitet rəhbərliyi sizin milli qəhrəmanın qızı olduğunuzu bilir?

- Bəli, bilirlər. Mən dəfələrlə onlara da demişəm ki, atam milli qəhrəmandır.

 

- Siz ümumiyyətlə təhsil haqqını ödəmək istəmirdiniz yoxsa...?

- Xeyr, mən təhsil haqqını ödəyəcəyimi dedim. Sadəcə sentyabra qədər mənə vaxt vermələrini onlardan xahiş etdim. Heç bir kəsrim olmaya-olmaya məni dövlət imtahanına buraxmırlar.