«Daha çox məcburi köçkünlər əziyyət çəkir»
Baş nazirin müavini səfiri qəbul edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Peşmanam»
Əli Həsənovun nəvəsi ifadə verdi
-
«Nail günahkar deyil...»
«Gelandewagen» qəzasında ölən piyadanın ailəsi Əli Həsənova minnətdarlıq edir
-
Avtoşların çıxardığı hoqqalar
Əli Həsənovun nəvəsinin yüksək sürətlə sürdüyü maşınla törətdiyi faciəli qəza köhnə problemi gündəmə gətirib
-
«Ən yaxşı istirahət elə ordadır»
Siyavuş Novruzov: «Mənim səlahiyyətimə daxil olan məsciddir, molladır, qəbiristanlıqdır...»
-
«Oğlumu geri qaytarsınlar»
Qəzada ölən sürücünün anası: «Mənə Əli Həsənovun heç nəyi lazım deyil...»
-
«Qeyri-ciddilik və axmaqlıqdır»
Səs-küylü qəzanın ikinci iştirakçısını azadlığa buraxıblar?
-
«Astan Şahverdiyev, niyə hər yerə başını soxursan?»
Bakıdakı «Gelandewagen» qəzası deputatı mandatsız qoya bilər
-
«Ailə üzvlərinizə nəzarət edin»
YAP rəsmisinin Əli Həsənovun nəvəsinin həbsi haqda açıqlama: «Hamıya xəbərdarlıq edildi ki, ...»
-
Qalstuklu «avtoş»
Qırmızı «Mazda»nın sirli sahibi həbs olundu
-
10 ... 203
Nəvənin maşın kolleksiyası - «Niva»dan tutmuş «Bentley»ə qədər
-
Əli Həsənovun nəvəsi həbs olundu
«Hər bir məmur və onların ailə üzvləri barəsində qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək»
-
Deputat həmyerlisinin müdafiəsinə qalxdı
Astan Şahverdiyev: «Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub?»
-
«Qaçqınkom» sədrinin nəvəsinə 12 il cəza düşür
Sürücünün hadisəni törətdikdən sonra qaçması cinayəti daha da ağırlaşdırır
-
«Sükan arxasında Nail Allahverdiyev olub»
DİN mətbuat xidməti «Gelandewagen»i idarə edən şəxsi açıqladı
-
«... Məsuliyyətə cəlb olunacaq»
DİN Bakıdakı səs-küylü «Gelandewagen» qəzası haqda açıqlama verdi
-
«Saatda 200-250 sürətlə sürürdülər»
«Mercedes Gelandewagen» qırmızı BMW ilə ötüşürmüş?!
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov iyulun 2-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazı qəbul etmişdir.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Vaxt.az-a verilən məlumata görə, Azərbaycanla İsrail arasında bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğu vurğulanan görüşdə əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın real durumu, onların problemlərinin həlli istiqamətində dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlara və verdiyi tapşırıqlara uyğun olaraq görülmüş işlərdən söhbət açılmışdır.
Lakin eyni zamanda münaqişənin Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində hələ də həllini tapmadığından, problemin həlli ilə məşğul olan qurumların və dövlətlərin fəaliyyətsizliyi, problemin həllinə ikili mövqedən yanaşmaları nəticəsində ədalətsizliyin baş alıb getdiyindən, bütün bunlardan isə daha çox qaçqın və məcburi köçkünlər əziyyət çəkdiyindən təəssüfləndiyini bildirən Baş nazirin müavini onu da diqqətə çatdırmışdır ki, bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti, Azərbaycan xalqı münaqişənin dinc yolla, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır.
Ümumiyyətlə, münaqişənin həlli yolları ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılan görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyətində ötən müddət ərzində heç bir irəliləyiş əldə olunmamasından, işğalçı Ermənistana lazımi təzyiq göstərilməməsindən, bir milyondan çox qaçqın və məcburi köçkünün iyirmi ildən də çoxdur ki, tapdanmış hüquqlarının bərpasına laqeyd münasibətdən narahatlıq ifadə olunaraq bildirilmişdir ki, İsrail Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə daim dəstəkləməklə münaqişənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olmuş və bu gün də həmin mövqedən çıxış edir.
Öz növbəsində Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirən israilli diplomat bütün bunların şahidi olduğunu və ona Dövlətqaçqınkomun sədrinin müavinlərinin müşaiyəti ilə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 saylı yataqxanasında və Abşeron rayonunun Müşviqabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış hündürmərtəbəli yaşayış binaları kompleksi, burada yaradılan şəraitlə, real vəziyyətlə yerində tanış olmaq üçün həmin ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşünə şərait yaradıldığına görə minnətdarlığını bildirmiş, bu cür görüşlərin vaxtaşırı keçirilməsinin vacibliyini önə çəkmişdir. Keçirdiyi görüşlərdə xüsusilə Azərbaycan qadınının dəyanətinin, dözümlülüyünün, sabaha inamının bir daha şahidi olduğunu bildirən diplomat yaxın aylarda digər ərazilərdə məskunlaşan məcburi köçkünlərlə də belə görüşlərin keçirilməsinə şərait yaradılmasını xahiş etmişdir.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov ölkəmizdəki məcburi köçkünlərin həyat tərzi ilə yaxından maraqlandığına görə israilli diplomata təşəkkürünü bildirmiş, bu cür görüşlərin həqiqətən mühüm önəm daşıdığını vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.