vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BANK, BİRJA, SIĞORTA  
12:46 | 5 iyul 2014 | Şənbə Məqaləyə 2102 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Neft pullarına toxunulmayacaq»

«Qeyri neft sektoru 3 ildə 3 dəfə artıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bundan sonrakı neft gəlirlərinin daha çox hissəsi gələcək nəsillər üçün qorunacaq». ANS PRESS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda Azərbaycanın daxil olduğu Seçki Qrupunun növbəti toplantısında çıxışında deyib.


O bildirib ki, Azərbaycanın qarşıya qoyduğu strateji hədəfi növbəti dekabrda milli gəlirin iki qat artımına nail olmaqdır: «Azərbaycan bu hədəfə məhz şaxələnmə prinsipi ilə nail olmağı nəzərdə tutur. Bu şəraitdə ixrac və özəl sektor iqtisadi artımın əsas mühərrikinə, əsas lokomotivinə çevriləcək».

«Resurslarla zəngin ölkələrdə iqtisadi diversifikasiya və makroiqtisadi siyasət məsələləri» mövzusunda seminarda çıxışında sədr Azərbaycanın iqtisadi inkişafından da danışıb: «Son 10 ildə Azərbaycanın milli iqtisadiyyatı 3,6 dəfə artıb. Azərbaycan iqtisadi artımına görə dünya liderlərindən birinə çevrilib. Azərbaycanın iqtisadi artımında qeyri-neft sektoru da xüsusi yerə malikdir. Son on ildə bu sektor 3 dəfə artıb. Bu isə ÜDM-nin təxminən 60 faizi təşkil edir. Dünya Bankının son məlumatlarına görə, ölkəmizdə adambaşına düşən ÜDM dünya üzrə orta göstəricidən 19 faiz, orta gəlirli ölkələr üzrə isə 77 faiz çoxdur».

E. Rüstəmov bildirib ki, Azərbaycanda yoxsulluq, qlobal orta yoxsulluqdan 3 dəfə aşağıdır: «Son 10 ildə Azərbaycanda yoxsullu səviyyəsi 11 dəfədən çox azalaraq 90-cı illərdəki 60 faizdən hazırda 5 faizə enib. Azərbaycanın strateji valyuta ehtiyatları son 10 ildə 32 dəfə artaraq ÜDM-nin 70 faizə çatıb. Hazırda ÜMD-in əsas hissəsi özəl sektorda formalaşır. Son 10 ildə əmtəə ixracı 12 dəfə artıb. Adambaşına düşən ixrac isə 3 min dollardan yuxarı olub. Əmtəə ixracı ÜDM-nin 50 faizə çatıb. Azərbaycan dünyanın inflyasiya göstəricisi ən aşağı olan ölkələri arasında ilk onluğa daxildir».