Əməkdar artist, əzmkar aktrisa
Xanım Qafarova taleyin axırıncı tamaşasında son pərdəni alqışlarla endirdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heç yerdə görməmişəm”
Ahəngi adamı Bakının keçmişinə aparan möcüzəli məkan
-
«Sizə minnətdarıq!»
Xanım Qafarovayla bağlı Mehriban Əliyevaya məktub göndərildi
-
Xanım Qafarova vəfat etdi
Əməkdar artist ağır xəstəlikdən əziyyət çəkirdi
-
Birinci xanım əməkdar artisti həyata qaytarır
Mehriban Əliyeva Xanım Qafarovanı müalicə üçün İsrailə göndərir
-
«Analizin cavabını gözləyirəm»
«Bu ağrıları sözlə izah edə bilmərəm, dözülməzdir»
-
Bu gün günorta saatlarında vəfat edən əməkdar artist Xanım Qafarova ilə vida mərasimi keçirilib. Mərasim aktrisanın evində təşkil edilib. ANS PRESS-in vida mərasimində iştirak edən əməkdaşının verdiyi məlumata görə, artıq mərhumənin cənazə namazı qılınıb və o dəfn edilmək üçün alqışlarla son mənzilə yola salınıb.
Mərasimdə aktrisanın yaxınları ilə yanaşı sənət yoldaşları da iştirak edir.
Xatırladaq ki, mərhum aktrisa 2009-ci ildən bəri süd vəzisi xərçəngindən əziyyət çəkirdi. O bir necə dəfə Türkiyədə müalicə edilib. Sabah isə müalicə üçün İsrailə getməli idi.
Onu da əlavə edək ki, 1967-ci il mayın 9-da Bakıda anadan olan mərhum aktrisa 1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olub. İkinci kursda oxuyarkən «Tənqid-Təbliğ» teatrında işləməyə başlayıb. 1996-cı ildə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alan aktrisanın özünəməxsus istedadı nəticəsində canlandırdığı obrazlarla teatrsevərlərin yaddaşında qalmağı bacarıb. Əzmkarlığın bəhrəsi olaraq, sevimli sənətkar 2003-ci ildə Azərbaycanın əməkdar artist fəxri adına, 2012-ci il mayın 9-u və 2014-cü ild aprelin 30-da isə Prezident Mükafatına layiq görülmüşdü. X.Qafarova kino sahəsində də uğurlara imza atıb. Belə ki, 1991-ci ildə «Şirbalanın məhəbbəti», 1997-ci ildə «Kənddən gələn var», 2001-ci il «Yuxu», 2006-ci il «Adam ol» və 2011-ci ildə isə «Qayanana» filmlərində rol alıb.
Bir övladı yadigar qaldı.
Allah rəhmət eləsin.