«Utanıb ölmürlər»
Əhəd Abıyev qəzəbləndi: «Gül kimi oğlandı, niyə itihar etsin ki?»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əhədi kəsilən Abıyev
“Görür ki, vəziyyət qəlizləşib, ona görə də keçib böhtana, şantaja”
-
Azərbaycana 30 sm qar yağdı
Xınalıqda maksmum olan göstərici Qırızda 22 sm, Şahdağda isə 20 sm-ə çatıb
-
«Həyatıma təhlükə var...»
Rayonu «burda mənəm, Bağdadda kor xəlifə» məntiqi ilə idarə edən Əhəd Abıyev bu dəfə də qadın iş adamının günün göy əskiyə büküb
-
Abıyev Daşkəsənin əhədini kəsir
İcra başçısı Mircəfər Bağırovun saldırdığı meşənin qırdırıb qəsr, Xoşbulağı hasarlatdırıb restoran tikir
-
«Ermənilərin iki postunu almışıq, özüm də orada olmuşam»
İcra başçısından sensasion açıqlama
-
«İntihara cəhd edən» Abıyev danışdı
Əhəd Abıyevin oğlu İslam xobbisindən və gələcək planlarından söz açıb
-
«Qızıl-gümüşüm, pulum gedib»
«Kiməsə qoyun-quzu alıb verməyəcəm ki?»
-
Mehdiyevdən ciddi tapşırıqlar
Fəlakətdən sonra təbii tərpəniş
-
«Xan»ın qəhrəmanı
AXCP sədrinin müavinini Vasif Talıbova bağlayan əl...
-
«Oğlumun Türkiyədə intihar etməsi xəbəri yalandır. Uşaq Zaqulbada çimərlikdədir, dincəlir özü üçün. Gül kimi oğlandı, niyə itihar etsin ki?».
Bunu azvision.az-a açıqlamasında Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev oğlu İslam Abıyevin intihara cəhd etməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.
Sabiq deputat bu xəbərlərin böhtan olduğunu deyib: «İntihar edən adamın ən azından əli-qolu cızılar, özünü pis hiss edər. 9-cu mərtəbədən yıxılan adam çilik-çilik olar. Utanıb ölmürlər belə xəbər yayırlar?. Yaraşıqlı oğlandı. İntihar eləmək nədir?».
Oğlu haqqında belə iddiaların yayılmasının səbəbini isə icra başçısı belə izah edib: «Belə xəbərlər gözü götürməməkdən yayılır. Orucluqda belə yazıb, dinsiz danışarlar? Bu xəbəri yayana azərbaycanlı demək olar?».
Qeyd edək ki, publika.az-ın yaydığı məlumata görə, Əhəd Abıyevin oğlu 9-cu mərtəbədən təsadüfən yıxılmayıb, o, intihara cəhd edib. Belə ki, Türkiyədəki otellərdən birində Əhəd Abıyevlə oğlu arasında mübahisə yaşanıb. Həmin vaxt Ə.Abıyev qardaşı Abı Abıyevi Türkiyəyə müalicəyə aparıbmış. İcra başçısının oğlu da onlarla bir yerdə olub. Oteldə yaşanan mübahisə zəminindən sonra Əhəd Abıyevin oğlu özünü 9-cu mərtəbədən ataraq intihara cəhd edib. Xoşbəxtlikdən, icra başçısının oğlu sağ qalıb, ancaq ciddi xəsarət alıb.