vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
CƏMİYYƏT  
12:08 | 30 iyul 2014 | Çərşənbə Məqaləyə 1414 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mən başqa nə deyə bilərəm ki?»

Orxan Zeynalovun atası dövlətdən kömək istədi

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək 17 il müddətinə həbs cəzası alan Orxan Zeynalovun atası Zahid Zeynalov Azərbaycan dövlətindən kömək istəyib.

Azvision.az-a açıqlamasında oğlunun günahsız olduğunu deyən Z.Zeynalov bu işdə Azərbaycan dövlətinə güvəndiyini deyib.

«Bu işlə dövlət məşğul olur. Mən başqa nə deyə bilərəm ki? Dövlətimiz özü bununla məşğul olur» - deyən Zeynalov oğlunun həbsi barədə artıq danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, ötən il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və «skinhedlər» Qərbi Birulyovo rayonunda yerləşən «Biryuza» ticarət mərkəzi və «Pokrov» meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. «Skinhedlər» polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb.

O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədi ilə törətdiyini söyləyib.

Buna baxmayaraq, məhkəmə ona 17 il həbs cəzası kəsib.