Yunus «boğucu fənd»ə düşdü
Dünya idman mətbuatı «hüquq müdafiəçisi»ni darmadağın etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Özümüzü vuran “yun çubuqları”
Qorxursunuz, yoxsa onunla razısınız?
-
Leyla Yunus Usubovla məxfi görüşdü, nələr danışdı…
«Mən onlara özümün beynəlxalq əlaqələrimdən istifadə edib hakimiyyətə işləməyi təklif etdim ...»
-
«Amerikalılar nankor millətdir»
Leyla Yunus: «30 illik təcrübəsi olan hüquq müdafiəçisinə Saxarov mükafatını vermədilər, dünənki uşağa nüfuzlu mükafat verirlər»
-
«Ərim satqındır!»
Leyla Yunus: «Di, atan sənə deyə bilər ki, qışqırmayasan, xahiş edirəm, mənə görə qışqır!»
-
Bu da azadlıqdakı əclaf
Leyla Yunus İŞİD-i Azərbaycana çağırır
-
«... De Ermənistana dəstək versinlər...»
«Əclafın» həbsxana məktublarından: «Ağlamaqdan çəkinmə, ... sadəlövh olma»
-
Leyla Yunus indi də Fransa məhkəməsi qarşısında
Məşhur vəkil Olivye Pardonun bir sualla məğlub etdiyi ermənipərəstlər sürüsü
-
«Leyla Yunusun dəbdəbəsi və yoxsulluğu»
Leyla Yunus: «Mən həmişə Mehriban Əliyevaya dərin hörmət bəsləmişəm»
-
Yunuslar Avropada oliqarx oldular
Dilənçi hüquq müdafiəçiliyindən milyonçuluğa
-
Gürcüstanda 98 vicdan məhbusu var
Azərbaycanın ən çətin siyasi dövründə belə bir il ərzində bu qədər insan həbsə atılmayıb
-
«Qarabağ münaqişəsi olmasaydı...»
Elmar Məmmədyarov: «Azərbaycan Avropanın təhlükəsizliyinə böyük töhfə verir»
-
«Səhvini etiraf etmək böyüklükdür»
Leyla Yunus prezidentdən əfv diləyə bilər
-
«İlham Əliyev bizə kömək etdi»
Bakı-2015 Avropa Oyunlarına heç bir olimpiadada iştirak etməmiş idman növü qatılacaq
-
Leyla Yunusa hücum olmayıb
Penitensiar Xidmət iddiaları təkzib etdi
-
«Məni intriqalara çəkməsinlər»
Vüqar Bayramlı siyasi məhbus yalanlarını ifşa etdi
-
Arif Yunusa 3 ay həbs verildi
Leyla Yunusun həyat yoldaşı dövlətə xəyanət və dələduzluqda şübhəli bilinir
Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Fair Play Komitəsinin vitse-prezidenti Nikolay Dolqopolov virtualaz.org saytına məqalə göndərib. Məqalədə 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının boykot edilməsi çağırışlarının əsassızlığından və beynəlxalq idman mədəniyyətinə zidd olmasından söz açılır. Həmin məqaləni təqdim edirik:
***
Bu günlərdə populyar saytlara nəzər salarkən mənə çox maraqlı gələn bir bəyanata rast gəldim. Bəyanatın müəllifi Azərbaycandan olan hüquq müdafiəçisi Leyla Yunusdur.
L.Yunus bütün dünya ictimaiyyətini nə az, nə çox - birbaşa 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarını boykot etməyə çağırır. Onun bu çağırışının səbəbi siyasətdir.
Mən çoxillik jurnalist fəaliyyətim boyunca belə çağırışlarla dəfələrlə rastlaşmışam. Və belə çağırışların, belə cəhdlərin hamısının axırının kədərli olduğunu görmüşəm. Özü də təkcə belə çağırışlarla çıxış edənlərin özlərindən ötrü yox. Bu cür çağırışların müəllifləri özlərinin sırf siyasi məqsədlərinə çox vaxt çatırlar. Həmin çağırışları dəstəkləyənlər isə qeyd-şərtsiz məğlubiyyətə düçar olurlar.
Problemin uzun tarixçəsi
Böyük olimpiya idmanında belə bir postulat var: «İdman siyasətdən kənardır».
Gözəl ideyadır. Amma buna nadir hallarda həmişə əməl edirlər. Siyasətçilər təzyiq göstərir, sıxışdırır, sıxma-boğmaya salır. İdman sahəsindən olmayıb idmana rəhbərlik edən adamlar isə bu güclü təzyiq-təsirlərin altında əzilib təslim olur, əllərini qaldırırlar. Amma bundan o qədər də əziyyət çəkmirlər. Çünki bu təslimiyyətin əvəzində yüksək postlar və pul mükafatları alırlar. Həmin pullar bəzən bu şəxslərin rəhbərlik etdikləri idman təşkilatlarının büdcəsinə, bəzən də öz ciblərinə gedir. İdmançılar isə...
Dediklərimi təəssüf ki, artıq başımıza gələn hadisələrin nümunəsində izah edim.
Olimpiadanın boykot edilməsi praktikası öz başlanğıcını çoxlarının güman etdiyi kimi, heç də 1980-ci il Moskva olimpiya oyunlarının boykot edilməsindən götürməyib. Bu addım ilk dəfə 1976-cı ildə atılıb. Belə ki, 1976-cı ildə keçirilən Monreal Yay Olimpiya Oyunları Afrika ölkələrinin bəziləri tərəfindən boykot olunmuşdu. Qərb mətbuatında o vaxt bu haqda nədənsə çox yazmadılar. Halbuki afrikalıların bir hissəsi olimpiadanın təntənəli açılış mərasiminə qatılmamışdı. Onlar aparteid rejiminə qarşı mübarizə aparırdı ki, bu da təqdirəlayiq idi. Lakin sonradan bəziləri bu mübarizədə «barıtı çox eləyib» ifrata vardı. Onlar irqçiliyə nifrət hissindən də uzağa getdilər və olimpiya paradına çıxmadılar. Bəzi idmançılar isə heç starta da çıxmadan Kanadanı qəzəblə tərk etdi.
Bəs bu nə ilə nəticələndi? Etirazçılardan ötrü heç nə ilə... Gənc idmançılar Kanadanı tərk etdi. Dünya isə bu xırda hadisədən demək olar ki, xəbər tutmadı.
Əsas gurultulu hadisə isə olimpiadalar üçün qeyri-adi vaxtda baş verdi - 1979-cu ilin dekabrında, sovet qoşunları Əfqanıstana yeridiləndə. ABŞ prezidenti Cimmi Karter var səsi ilə hamını 1980-ci il Moskva olimpiadasını boykot etməyə çağırdı.
Siz mənim bunları yazarkən siyasətə uymadığıma diqqət edirsinizmi?! Axı idman siyasətdən kənardır. Bəs siyasət necə, o da idmandan kənardırmı? Yox, siyasət çağırılmamış qonaq kimi idmana, olimpiya hərəkatına soxulur...
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) başda bu təşkilatın o zamankı prezidenti, İrlandiya lordu Killanin olmaqla praktiki olaraq bütün üzvləri, o cümlədən BOK-un amerikalı üzvləri komitənin sessiyasında 1980-ci il olimpiadasının boykot olunmasının əleyhinə çıxdı. Axı olimpiadanın keçirilməsinə istənilən etiraz və müdaxilə artıq BOK-un özünün mövqelərinin zəiflədilməsi demək idi.
Buna baxmayaraq bəlli dairələr olimpiada iştirakçıları olan ölkələrin milli olimpiya komitələrinə də təzyiq göstərir, onları dövlət dəstəyindən və puldan məhrum etməklə hədələyirdilər. Nəticə nə oldu? İngiltərədə bir çox idman xadimlərini satqın və xain elan etdilər. Okeanın o tayından gəlmiş çığırtıdan qorxanlar Fransa idmançılarını Moskvaya uçan təyyarədən son anda düşürtdülər.
Söz yox, bu hədələrə tüpürən belçikalılar kimi məğrur adamlar da oldu. Amma çoxu başını qorxudan aşağı dikmişdi.
Moskva olimpiadasına 82 ölkədən idmançılar gəlmişdi. Təşkilatçılar bu idman bayramını ən yüksək səviyyədə keçirdilər. İrad tutmağa heç nə tapa bilməzdin.
İrad tutulası bir şey vardısa, o da medalların çoxunun SSRİ və Şərqi Avropa ölkələri idmançılarına qismət olması idi. Bir dəqiqə dayanın. Amma bəs buna görə kim günahkar idi? Boykot çağırışı ilə çıxış edənlərdən başqa heç kim.
İllər sonra mən Ed Mozeslə bu məsələ ilə bağlı uzun-uzadı söhbət etmişəm. Həmin illərdə maneələri aşmaqla 400 metr məsafəyə qaçış üzrə heç bir rəqib tanımayan bu qaradərili amerikalı oğlan üstündən onilliklər keçməsinə baxmayaraq hirsindən az qala ağlayacaqdı.
«Mən Moskvaya getsəydim, qızıl medalı 100 faiz mən qazanacaqdım. Bunu həm özüm, həm də bütün Amerika üçün edəcəkdim. Amma Karter məni SSRİ-yə buraxmadı» - deyə Ed Mozes peşmançılıq hissi ilə bildirirdi.
Özlərindən asılı olmadan, yəni başqalarının günahı ucbatından üzə, qaça, qalib gələ bilməyən, ümidləri və qələbələri oğurlanan belə istedadlı idmançılar yüzlərlə idi...
Moskva olimpiadasından 4 il sonra isə SSRİ və onun kommunizm düşərgəsindən olan bəzi «qardaşları» Qərbə eyni üsulla cavab verdilər. Onlar da 1984-cü ildə ABŞ-ın Los-Anceles şəhərində keçirilən yay olimpiya oyunlarını boykot edərək həm bu idman bayramının səviyyəsini aşağı saldılar, həm də öz güclü idmançılarını olimpiya medalları qazanmaq imkanlarından məhrum etdilər.
Həmin illərdə mən məşhur üzgüçü, Moskva olimpiadasının üçqat çempionu Vladimir Salnikovla görüşmüşdüm. Sovet Siyasi Bürosunun boykot qərarı 1500 metr məsafəyə üzməkdə qızıl medallara ən əsas iddiaçı olan Salnikov üçün də əsl fəlakət idi.
Amma Salnikov hər şeyə rəğmən canını dişinə tutub 1988-ci il, Mozes isə 1984-cü il olimpiadalarına qədər dözdülər. Və ikisi də öz qızıl medallarını uzun aradan sonra qazandılar.
Amma idmanda belə dahilər az olur axı. Bu dəqiq hesablanıb ki, idmançıların gücü adətən bir olimpiya tsiklinə çatır. 4 il keçirsə, artıq peşənizi dəyişmək barədə düşünə bilərsiniz. Bunu «boykot-boykot» mahnısı oxuyanlar da yaxşı bilir. Amma nə idmançılar, nə də onların idman nailiyyətləri qazanmaq naminə özlərini hər zövqdən məhrum etməsi boykot həvəskarlarının vecinə də deyil.
Belə görünə bilər ki, boykotçuluq indiki dövrdə bir qədər dəbdən düşüb, boykot erası geridə qalıb. Amma yox. Boykot çağırışları yenə səslənir, belə çağırışlar son vaxtlar bir qədər də tez-tez eşidilir. Soçi Qış Olimpiya Oyunları ərəfəsində cinsi azlığın nümayəndələri də boykotdan dəm vururdu. Buna bəhanə də Rusiya Dövlət Dumasının qəbul etdiyi qanun idi. Həmin qanun yetkinlik yaşına çatmayanlar arasında homoseksuallığın təbliğini qadağan edir.
Cinsi azlıqların bu bəhanəsi olimpiya hərəkatına əsla dəxli olmayan çox axmaq arqument idi.
Amma onlar necə mərəkə qopardılar! Çox maraqlı və ibrətamiz bir hadisə mənim gözlərim önündə baş verdi. Moskvada yüngül atletika üzrə dünya çempionatının açılışına həsr olunmuş mətbuat konfransında idik. BOK-un o zamankı prezidenti Jak Roqqe və Lamin Diak da tədbirdə iştirak edirdilər. Bir dəstə gənc biz jurnalistlərə idman təşkilatlarının rəhbərlərinə sual verməyə imkan vermədi. Bu gənclər mikrofonu bir-birlərinə ötürərək rəyasət heyətində oturan həmin iki adamın üzərinə belə ittihamlar yağdırırdılar ki, bəs, homoseksualları və lesbiyanları Soçidə sıxışdıracaqlar, buna yol vermək olmaz.
Hətta Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının İtaliyadan olan prezidenti Canni Merlo da mikrofonu o gənclərin əlindən alıb sual verə bilmədi. Nəticədə J.Roqqe mətbuat konfransını yarımçıq kəsməli oldu. Çünki bu tədbir əvvəlcədən planlaşdırılıb yaxşıca hazırlanmış şouya çevrilmişdi.
Mən Soçidə hadisələrin gedişini diqqətlə izləyirdim. Cinsi azlığın hüquqlarının pozulmasına dair bağırtılar olimpiya oyunları başlayana qədər yenə eşidildi. Onlara mitinq keçirmək üçün meydan ayrıldı. Amma heç kim o meydana gəlmədi. Çünki bu adamların törətdiyi «stəkanda fırtına» onların elə özlərinə lazım idi, başqa heç kimə gərək deyildi.
Bakıda da elə olacaq...
Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında 49 ölkədən 6000 idmançı 19 idman növü üzrə proqramlarda yarışacaq. İdmana və rəqabətə olan böyük maraq və şövq isə Leyla Yunusun irəli sürdüyü bütün uydurma ittihamların üstündən qalın bir xətt çəkib bu fikirləri alt-üst edəcək.
Lakin bir məqamı da etiraf edək ki, L.Yunus ələ düşən fürsətdən istifadə edərək vaxtında çığır-bağır saldı. Bununla da Avropa ictimaiyyətin balaca və ötəri də olsa hər halda bir qisminin, özü də nələrin baş verməsindən, məsələnin mahiyyətindən bixəbər olan hissəsinin diqqətini cəlb elədi. İdmandan məhdud siyasi məqsədlər üçün sui-istifadə edilməsinin tipik nümunəsi bax budur.
Bəs insanların həqiqəti anlaması üçün nə etmək lazımdır? Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarına qədər hələ kifayət qədər vaxt var. Mən bu ilin aprelində Azərbaycanda oldum. Bütün idman qurğularını və obyektlərini bir-bir gəzdim. Əmin oldum ki, bu möhtəşəm Avropa idman bayramına hazırlıq işləri uğurla gedir.
Yaxşı, bəs Avropanın, dünyanın qalan ölkələrinin bu reallıqları bilməyinə niyə imkan yaratmayaq?! Əsl idman jurnalistlərini Bakıya dəvət etmək lazımdır. Təkcə beynəlxalq idman federasiyalarının yox, eləcə də ciddi idman təşkilatlarının nümayəndələrinin Bakıya səfərlərini təşkil etmək, onlar üçün turlar keçirmək lazımdır. Onların Bakı I Avropa Olimpiya Oyunlarının təşkilatçıları ilə görüşləri keçirilməlidir. Avropa ölkələrinin olimpiya komitələrinin prezidentlərini, BOK-un İrlandiyadan olan üzvü Patrik Xikkini də Bakıya dəvət etmək yaxşı olardı. P.Xikki Avropanın tarixində ilk dəfə olan olimpiya oyunları barədə daha müfəssəl məlumatlar verərdi...
İyun ayında dünyanın olimpiya paytaxtı olan Lozannada idim. Olimpiya hərəkatının sütunları sayılan əksər ölkələr Bakıdakı I Avropa Olimpiya Oyunlarını səbirsizliklə gözləyir. Axı indiyədək belə şey olmayıb. Amma olacaq!
Mən Beynəlxalq Fair Play Komitəsinin vitse-prezidenti kimi bu təşkilatın prezidenti, görkəmli macar qılıncoynadan Eno Kamutidən eşitmişəm ki, Təşkilat Komitəsi bizi Bakı I Avropa Olimpiya Oyunlarının keçirildiyi günlərdə Azərbaycan paytaxtında öz iclasımızı keçirməyə dəvət edib. Olimpiya oyunlarından həm idman, həm də maarifçilik məqsədləri üçün istifadə etməyin bundan da gözəl nümunəsi ola bilməz. Oynayanda da təmiz oynamalısan...