vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
10:19 | 3 avqust 2014 | Bazar Məqaləyə 4552 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər köçürülür

Hətta sərhəddə yaşayan azərbaycanlılar da qaçhaqaçı açıq-aydın görürlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gündür cəbhə bölgəsində, Azərbaycanla Ermənistan ordusunun təmas xəttində gərginlik davam edir. Demək olar ki, bütün cəbhə boyu ərazilərdə atəş səsləri susmur. Bu, 1990-cı illərdəki vəziyyəti xatırladır. Ancaq Azərbaycan Mili Ordusu o illərlə müqayisədə böyük inkişaf yolu keçib.

Nizami və güclü orduya malik olan Azərbaycan indiki situasiyada düşmənlə müqayisədə xeyli güclü görünür.

Bunun nəticəsidir ki, bu dəfə Ermənistan tərəfi diplomatik sahədə rahatsız olduğunu büruzə verir.

Hərb sahəsində özünü qalib kimi göstərməyə çalışan Ermənistan qoşunların təmas xəttində, habelə işğal olunmuş Azərbaycan ərazilərində süni şəkildə məskunlaşdırdığı erməniləri geri köçürür. Bu barədə Goranboy, Tərtər, Ağdam, Tovuz bölgəsindən məlumat almışıq.

Məlumatda qeyd edilir ki, təxminən bir həftə öncəyə qədər cəbhə bölgəsində yaşayan ermənilər indi görünmürlər. Əsasən mal-qara və əkinçiliklə məşğul olan ermənilərin köçürülmə anlarını yerli sakinlər müşahidə ediblər. Yerli sakinlər bunun səbəbinin nədən ibarət olduğunu izah etməyə çətinlik çəkiblər.

Hər halda bu, son günlər cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlıdır. Demək olar ki, ermənilərin geriyə köçürülməsi kütləvi hal alıb. Bunu Modern.az saytına atəşkəs bölgəsində hərbi xidmət keçən hərbçilərimiz də təsdiqləyib.