Qapanlıda köç yoxdur, ancaq silahlar da susmur
«İndiyə qədər atəşkəs hər gün pozulurdu, ancaq beləsini görməmişdik»
Ramin DEKO, Bakı-Tərtər-Qapanlı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
-
Paşinyan “qaşınır”
Erməni baş nazir müharibə istəyir?
-
Ermənistan çox tələsir
İldırım sürətlilə üstünlük əldə etmək cəhdləri
-
Paşinyan özünü ağıllı sayır ...
Qarabağda demilitarizasiya zonası ideyasını ancaq axmaqlar düşünə bilər
Rayonun mərkəzindən 25-30 kilometr aralıda yerləşən, Ermənistanın təmas xəttiylə 200-300 metr məsafədə olan Qapanlı kəndində təxminən 80 ailə yaşayır. Bura gecə saat 2 radələrində daxil oluruq. Kəndin içinə doğru azca hərəkət edən kimi sürücü avtomobilin işıqlarını söndürür. Bunu təhlükəsizlik məqsədiylə etdiyini deyir. Əks halda istənilən an ermənilərin gülləsinə tuş gələ bilərik. Kənd sakinlərindən öyrənirik ki, hava qaralandan sonra adi bir işıq qızartısı görünən kimi silahlar işə düşür.
Tərtərdə 4 əsgər şəhid olub, rəqəmin daha böyük olmasını da ehtimal etmək olar: «Bizdə olan məlumat 4 nəfərin şəhid olmasıdır. Çox olması barədə məlumatımız yoxdur. Ancaq dünən (avqustun 2-də - red) gecə saatlarında atışmadan sonra Təcili Tibbi Yardım Stansiyaların maşınları posta doğru getdi».
Kənd sakinləri bəzi media orqanlarında yayılan «Qapanlı camaatı köç edir» xəbəri də yalanladılar. Onlar bildirirlər ki, bu xəbərlər dezoinformasiyadır: «Elə bir şey yoxdu. Hamı evindədir. Atışma intensivləşəndə bayıra çıxırıq, ancaq heç yerə getməmişik. Bu barədə də düşünmürük. Düzdür, bizi hər an təhlükə gözləyir. Di gəl, camaatın kəndi tərk etməsi xəbəri doğru deyil. Ola bilər kimsə harasa gedib, bu kəndin köç etməsi anlamına gəlməməlidir».
Şəhid olan əsgərlərin cəsədlərini kənd camaatı yuyub: «Cəsədlərini özümüz yuduq. Camaat mollaları yaxına buraxmadı. Bizim insanlar şəhidə böyük dəyər verir. Ona görə də bu işi biz gördük».
«Bizə silah versələr gedib döyüşərik»
Qapanlıda olarkən əsgərlərimizin kazarmasını vurması haqqında da söz-söhbətlərin şahidi olduq. Məlumatın nə qədər dəqiq olub-olmadığı haqda bizə dolğun informasiya vermədilər.
«Səhər (avqustun 2-də) bizimkilər topdan atəş açırdılar. Deyilənlərə görə, toplardan biri ermənilərin kazarmasına tuş gəlib. Dəqiq bir söz deyə bilmərik. Son günlər başlanan bu atışmalarda ermənilərin daha çox itki verdiyini söyləyirlər».
«Gecəmiz-gündüzümüz yoxdur. Bizə silah versələr döyüşərik. Ancaq icazə verilmir. Deyirlər ki, əmr gəlsə könüllülərdən ibarət dəstə yığarıq», - deyə sakinlər bildirirlər.
Qapanlı camaatı deputatlarının kim olduğunu bilmirlər. İndiyə qədər Sahib Alıyevin üzünü görməyən vətəndaşlar onun da nə vaxtsa kəndə gələcəyinə ümid edirlər. Gəlib problemlərimizlə maraqlansa yaxşı olar. Seçki olanda seçicilərə xidmət edəcəklərini deyirlər, elə ki, mandat qazandılar hamı unudulur. Gəlsin, görsün vəziyyətimiz necədi? Neçə gündür atışmadı. Niyə deputatımız burada yoxdur, gəlib camaatla maraqlanmır? İndi onun vəzifəsi sərhəd bölgələrini gəzmək, insanların problemləriylə maraqlanmalıdır».
Avqustun 2-də rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və polis idarəsinin rəisi Qapanlıya baş çəkib. Sakinlərlə söhbət zamanı o, heç bir narahatçılığa əsas olmadığını söyləyib. Deyib ki, hər şey qaydasındadır.