Öldürülmüş ermənistanlı əsgərlərin fotoları yayıldı
Hərbçilərin kəşfiyyatçı olduqları şəkillərdən aydın sezilir
Vüqar İSMAYILOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
Azərbaycan-Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində son illərin ən qanlı toqquşmaları baş verdi. Hər iki tərəfdən çoxsaylı əsgər itkiləri oldu. Milli Ordumuz son bir neçə gündə 13 əsgərini itirdi. Erməni tərəfi də öz itkilərini rəmi olaraq belə açıqladı – iyulun 28-i avqustun 3-ü aralığında cəbhədəki silahlı insidentlərdə 5 erməni hərbçisi həlak oldu, 7-si isə yaralandı. Halbuki, erməni tərəfinin itkiləri gizlətdiyi barədə informasiyalar var.
Məsələnin diqqət çəkən tərəfi intensiv atışmaların davam etdiyi son günlər ərzində Ermənistan Müdafiə Nazirliyinin susqun olması idi. Yalnız avqustun 2-də nazirlik rəsmi bəyanatla ilə çıxış edərək, cəbhə xəttindəki gərginliyə görə Azərbaycanı ittiham etdi. Heç bir arqument və məntiqin yer alamadığı bəyanat Ermənistanın dövlət qurumunun ilk və son rəsmi açıqlaması oldu.
Əvəzində Dağlıq Qarabağ separatçılarının «Dağlıq Qarabağın Müdafiə Ordusu» adlı qurumu cəbhədəki vəziyyət, atəşkəsin pozulma halları və həlak olanlar barədə müntəzəm xəbərlər verdi.
Əslində bununla Ermənistan rəhbərliyi yaranmış vəziyyətə görə məsuliyyəti öz üzərindən atmağa çalışırdı. Guya ki, təmas xəttindəki atışmalar Azərbaycan və «Dağlıq Qarabağ Respublikaları» arasında baş verir. Təəssüf ki, aparıcı dünya telekanalları, o cümlədən «Euronews» münaqişə barədə informasiya verərkən Ermənistanı deyil, Dağlıq Qarabağ ermənilərini insidentin tərəfi kimi göstərdi. Halbuki, cəbhə xəttində həlak olan erməni hərbçilərinin xidmətə çağırıldıqları hərbi komissarlıqlara nəzər saldıqda onların Qarabağa Ermənistan ərazisindən gətirildiyini görə bilərik.
Modern.az saytı son günlər cəbhə xəttində həlak olmuş erməni hərbçilərinin fotolarını və hərbi xidmətə çağırıldıqları ünvanları təqdim edir.
Avqustun 1-dən 2-nə keçən gecə təmas xəttində yaralanan və ötən gün ölən 20 yaşlı Sarkis Movsisyan Ermənistan Respublikasının Armavir vilayətindən hərbi xidmətə çağırlımışdı. Onu anadan olduğu Maisyan kəndində basdırdılar.
Avqustun 1-dən 2-nə keçən gecə Milli Ordumuzla döyüşdə öldürülən Ermənistan Ordusunun baş leytenantı 25 yaşlı Zorik Qevorqyan da Ermənistandakı hərbi komissarlıqlardan birindən hərbi xidmətə çağırılmışdı.
İyulun 31-də Ermənistan Silahlı Qüvvələrinin öldürülən 20 yaşlı əsgəri Azat Asoyanın paytaxt Yerevan şəhərinin sakini olduğu müəyyən olunub. Onu Ermənistan müdafiə nazirlərinin də qatıldığı rəsmi mərasimlərlə Yerevandakı «Yerablur» hərbi qəbiristanlıqda dəfn ediblər.
Azat Asoyanla yanaşı, 31 iyul gecəsi ermənilər daha bir hərbi qulluqçularını - Ararat Xanoyanı da itirmişdilər. Sonradan aydın oldu ki, Xanoyan əslən Ermənistanın Armavir vilayətinin Sərdarabad kəndindəndir. Onun dəfn mərasimi də doğulduğu kənddə keçirildi.
Daha bir öldürülən erməni hərbi qulluqçusunun adı rəsmi şəkildə açıqlanmayıb. Lakin Ermənistan prezidenti Serj Sərkisyanın avqustun 2-də həlak olmuş hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı sərəncamında leytenant Qor Qriqoryan da təltif edilib. Qriqoryanın hansı komissarlıqdan çağırılması ilə bağlı rəsmi informasiya yoxdur.
Beləliklə də, «Dağlıq Qarabağın Müdafiə Ordusu» adlı qondarma qurumun əslində mövcud olmadığı və de-fakto Ermənistan Müdafiə Nazirliyi tərəfindən idarə olunduğu aydın olur. Rəsmi Yerevan əsas hissəsini ermənistanlı hərbi qulluqçuların təşkil etdiyi «Qarabağ ordusu» haqda saxta informasiyalar yaymaqla əslində cəbhədəki gərginliyə görə məsuliyyəti boyundan atmağa səy göstərir.