vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
QARABAĞ  
12:46 | 6 avqust 2014 | Çərşənbə Məqaləyə 2531 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağdamda qızğın döyüşlər

Yaralıları güllə yağışının altından təcili-tibbi yardım maşınları çıxara bilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən gecə Ağdamın Mirəşelli kəndi istiqamətində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusunun əsgərləri yaralanıb. Bu barədə musavat.com-un hazırda cəbhə xəttində olan əməkdaşı xəbər verib.

Onun sözlərinə görə, təcili tibb yardım maşınları yaralıları Mirəşəlli qəbiristanlığının yaxınlından götürərək Sarıcalı kəndində yerləşən hospitala aparıblar.

Saytın əməkdaşı öyrənib ki, yaralılar dünən gecə başlayan atışma zamanı güllə yarası alıblar. Ancaq erməni snayperləri onların vaxtında əməliyyat yerindən götürülməsinə imkan verməyiblər. Bu üzdən yaralıların sağ olub-olmaması, yaralarının ağırlıq dərəcəsi bilinmir. 

Xəbəri axar.az saytının cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı da təsdiqləyib.

Onun verdiyi məlumata görə, Ağdamın Qərvənd və Bayramlar kəndi istiqamətində sübh çağı gedən atışmada Azərbaycan ordusunun iki əsgəri yaralanıb. Atışma davam etdiyinə görə təcili tibbi yardım maşınları yalnız bu gün əraziyə girərək yaralı əsgərlərimizi oradan götürə bilib.  

Hazırda yaralılar Sarıcalı hospitalına aparılır. Xəbərdə deyilir ki, hər iki əsgərimiz Qərvənd qəbiristanlığı önündə vurulub.  

Düşmənin nə qədər itki verdiyi haqda məlumat yoxdur. Bu dəqiqələrdə atışmada qısamüddətli fasilə yaranıb.