vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
QARABAĞ  
13:52 | 6 avqust 2014 | Çərşənbə Məqaləyə 1648 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İtkilərimiz var...»

Seyran Ohanyan axır ki etiraf etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın müdafiə naziri Seyran Ohanyan az əvvəl mətbuat konfransı keçirərək cəbhə xətti boyu baş verənlər barədə açıqlamalar verib. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ohanyanın bütün bəyanatları baş verənlərə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmağa, erməni ordusunun itkilərini az göstərərək qarşı tərəfin itkilərini artırmağa yönəlib.

Ohanyan deyib ki, Azərbaycan silahlı qüvvələri elə bu gün də erməni mövqelərinə həmlələr edirlər və geri oturdulurlar.

«Bizim silahlı qüvvələrimiz situasiyanı tam nəzarət altında saxlayır. Ancaq təəssüf ki, bizim itkilərimiz var» - deyə Ohanyan bildirib.

Ermənistan müdafiə naziri iddia edib ki, son günlər ərzində erməni qüvvələri Azərbaycan tərəfinin «20-dən çox həmləsinin» qarşısını alıb.