7 ayda 68 hərbçimizi itirmişik
15 mulki şəxs isə düşmən gülləsindən yaralanıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qalanlarla yaşaya bilərik...
Şəhid övladları haqqında qərara yenidən baxılması zərurəti yaranıb
-
Şəhidimiz var!
Əsgərimiz Cabbar Zeynalov sabah Saatlıda torpağa tapşırılacaq
-
Cənnətdə görüş...
... Yaxud ruhu 23 il əvvəl köçən cismin dəfni
-
Şəhid atasının verdiyi təskinlik...
... və ya şirin Naxçıvan ləhcəsində yazılan acı həqiqətlər
-
Ordumuz daha bir şəhid verdi
Yaralı əsgər Əhmədovu xilas etmək mümkün olmayıb
-
Şəhidimiz torpağa tapşırıldı
Fikrət Bəşirov Astarada dəfn edilib
-
Şəhidimiz var
İgid Bəşirov namərd gülləsinə tuş gəlib
-
Ağdamın damları atəşə tutuldu
Əvvəlki günlərə baxanda səngimə var
-
«Türkiyə Azərbaycanın yanındadır»
«Bunu qoy dost-düşmən hər kəs bilsin»
-
«Əsgərlərimizə arxayınıq»
«Səhər 5-dən 6-ya qədər güclü atışma oldu»
-
«Mən onu dama basdıracağam»
Şəhidin yasında icra başçısının müavini ilə molla arasında mübahisə yaranıb
-
Qapanlını tərk edən olmayıb
«Həyat həmişəki axarıyla davam edir»
-
İtkimiz 13 oldu
Yaralı əsgər hospitalda dünyasını dəğyişib
-
Günəş çıxdı, düşmən susdu
Çıraqlı, Hacıməmmədli, Sarıcalı, Güllücə sakinləri səhəri diri açıb
-
Düşmənin vampir davranışı
Dünən gecədən daha da vəhşiləşən ermənilər gün çıxan kimi susdular
-
«Düşmən tərəfi 71 itki verib»
General Rövşən Əkbərovdan sensasion məlumat: «Ermənilərin 6-7 postu məhv edilib»
«Doktrina» Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 68 nəfər təşkil edib.
Bu barədə məlumat verən «Doktrina» JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 108 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 24-ü döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 41-i isə qeyri-döyüş itkiləridir. İlkin məlumatlara görə, döyüş itkilərinin 14-ü 31 iyul-5 avqust tarixlərində cəbhədə baş vermiş gərginliklə bağlıdır.
10 - nəfər avtoqəzadan, 1 - nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 8 nəfər xəstəlikdən dünyasını dəyişib. 14 nəfər intihar edib (asma, güllələmə). Dünyasını dəyişənlərin 60-ı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (108 nəfər) C.Sümərinli bildirdi ki, onların 21-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 25-i erməni gülləsindən (10 nəfəri 31 iyul-5 avqust tarixlərində cəbhə xəttində baş vermiş gərginliklə əlaqəlidir), 9 nəfər mina partlayışından, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 93 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.
Ötən dövrdə Azərbaycanın 15 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib.
2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.
Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).