vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
QARABAĞ  
19:20 | 8 avqust 2014 | Cümə Məqaləyə 2604 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hələlik bunu etmirik»

Nə üçün cəbhədə silah arsenalımızdan tam istifadə olumur?

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

Cəbhədə yaranan gərginlik, əsgərlərimizin ölməsi ictimaiyyətdə sualların yaranmasına səbəb oldu. Sosial şəbəkələrdə isə ən çox yazılan «ordumuz nə üçün düşmənə iri çaplı silahlarımızdan atəş açmır? - sualıdır.

Eyni sualla hərbi ekspert Üzeyir Cəfərova müraciət etdik. Hafta.az-a açıqlamasında sualı cavablandıran ekspert cəmiyyətdə yaranan narahatlıqların təbii olduğunu bildirib:

«Cəbhə bölgəsində son vaxtlar baş verən hadisələr hələ də cəmiyyətdə geniş müzakirə olunur. Bu da təbiidir. İnsanlarımız çox narahatdırlar və onlar məlumat boşluğunda xeyli suallar ünvanlayırlar.  Axı biz niyə düşmənə arsenalımızda olan silahlardan istifadə etmirik?

Xatırladım ki, şəxsi qənaətimə görə, cəbhə bölgəsində hər hansı aktiv döyüş əməliyyatları, toqquşmalar baş verməyib ki, buna uyğun da ağır texnikadan, silah-sursatdan istifadə edilsin. Hesab edirəm ki, cəbhədə nə qədər kritik situasiya  olsa, biz hər şeyi 100 dəfə ölçüb, sonra isə qərar verməliyik».

Üzeyir Cəfərov bildirib ki, Azərbaycan Ordusunun hərbi imkanları düşmənin istənilən  ucqar nöqtəsini məhv etməyə qadirdi:

«Bu gün bizim qoşunların təmas xəttinə yaxın ərazilərimizdə milyona yaxın vətəndaşlarımız yaşayırlar. Həm mülki şəxslər, həm də hərbi qulluqçular. On görə də  hər atdığımız addımları götür-qoy edəndən sonra hansısa qərarı verə bilərik.

Azərbaycan Silahlı Qüvvələrinin imkanı var ki, hətta Ermənistanın ən ucqar nöqtələrində belə strateji əhəmiyyət kəsb edən obyektləri, məntəqələri neytrallaşdırsın. Amma biz hələlik bunu etmirik. Ermənistan siyasi və hərbi rəhbərliyindən fərqli olaraq  İrəvana hər hansı hədə-qorxu gəlmirik».

Qeyd edək ki, artıq bir həftədir Ermənistan tərəfi atəşkəsin tələblərini kobud şəkildə pozaraq, üzbəüz mövqelərimizi müxtəlif çaplı silahlardan atəşə tutur.