«Erməniyə «işləyirlər»»
Cəbhə bölgəsindən 5-10 manata yalan xəbərlər ötürənlər var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Gözəlgözlü, şux duruşlu...
Yaxud eşşək saxlayanların nəzərinə ...
-
Qazaxda məskunlaşıblar ...
Paşinyanı Azərbaycana bağlayan tellər tapıldı
-
«Şəhərin illərlə yığılıb qalmış problemləri var»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
-
Uçmağa yox qanadım...
«Formula 1»ə hazırlaşan sürücü sərnişinlə dolu olan avtobusu saatda 130-la idarə edib
-
Tarixləri unutmuşam
Sənin necə hönkürtüylə ağladığını, qəhqəhəylə güldüyünü, düşündüyünü görmüşəm
-
«Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb...»
Jurnalist Sevinc Fədai həyat yoldaşının intihar etdiyi gecə yaşananları detalları ilə açıqladı...
-
... Qorxun!
Mövludun qanatdığı yaramdan, Ucalın verdiyi gücdən, bir anadan, bir qadından ...
-
Mövludun intiharının bilinməyənləri və son saatları
Jurnalist xanım: «Son gün mənə dedi ki, Ucal da, sən də üzümü görməyəcəksiz»
-
«Sirkə baxmaq üçün dərsdən qaçdım»
Sabir Məmmədov: «Yeməyimiz olmayanda, başqa uşaqların yeməyini oğurlayırdıq»
-
Goreşən Sərkisyan ..
... və ya əgər düşmən cəsəddən qisas alacaq qədər alçaqdırsa...
-
«Düşmən pusquya düşdü»
Müdafiə Nazirliyi: «Erməni əsgərləri xeyli itki verərək geri çəkildi»
-
Sərhəddə döyüş
Ermənistan ordusunun 3 hərbçisi öldürüldü, generalı yaralandı
-
Ramiz Mehdiyevə müraciət olundu
Cəbhəboyu kəndlərə xüsusi statusun verilməsi təklif edilir
-
«Ona bacısı ilə görüşə 1 dəqiqə vaxt verdilər»
Şevardnadzeni mühafizə etmiş azərbaycanlı desantçının xatirələri
-
Atəş kəsməyib
Mövqelərimiz bütün cəbhə boyu atəşə tutulub
-
Erməninin Məzəm mərəzi
Qazaxlıların atəş altında yaşayıb-işləməsi düşməni xəstəliyə salıb
«Bəzi şəxslər 5-10 manat müqabilində dövlətin mənafeyini sataraq internet saytlarına yalan məlumat ötürürlər». Bunu «Trend»in cəbhə bölgəsinə ezam olunan müxbirinə açıqlamasında Qazax rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri Məmməd Əliyev bildirib.
M.Əliyev deyib ki, onlar Vətən, dövlət nədir bilmirlər: «Bizim tərəfimizdən belə şəxslərə izahat verilir və onlarla, qohumları ilə söhbət aparılıb belə halların yolverilməz olduğu bildirilir».
Qazax rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Tahir Musayev isə jurnalistlərə bildirib ki, Qazaxda əhali Orduya, dövlətə inanır, Ordumuz düşmənin hər gülləsinə artıqlaması ilə cavab verir.
T.Musayevin sözlərinə görə, onlarla gənc və Qarabağ veteranı İcra Hakimiyyətinə müraciət edərək döyüşlərə qatılmaq istədiklərini bildiriblər: «Onların arasında gənclərlə yanaşı, 70-80 yaşlı qocalar da var. Elə kəndlər var ki, orada düşmənin mövqeləri ilə Ordumuzun mövqeləri çox yaxındır və hər iki mövqe yaşayış massivlərinə yaxın yerləşir. Ona görə də, ermənilər atəş açarkən mülki əhali üçün təhlükə yaranır. Xüsusən xəstələr, körpələr və qocalar üçün təhlükəli olur. Ola bilər ki, məhz bu kontingentdən olan 5-10 nəfərin təhlükəsizliyini təmin etmək üçün düşmənlə üz-üzə evdən yaxınlıqda yerləşən evlərə getsinlər».
T.Musayev bildirib ki, heç kim yaşadığı kəndi tərk etməyib və bu barədə yayılan məlumatlar həqiqətəuyğun deyil: «Bu cür məlumat yayanlar erməni dəyirmanına su tökənlərdir. Ola bilər ki, belə şəxslərin hansısa şəxsi maraqları, maddi istəkləri olsun. Amma başa düşmürlər ki, əhali arasında narahatlıq yaradırlar, erməniyə «işləyirlər».