Tavuşun kabusu
Əsgərlərimiz Ermənistanda iki evi xaraba qoydu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Azərbaycan yeni silah sınaqdan keçirdi?
Ermənistanın sərhəd kəndlərində evlər silkələndi, şüşələr sındı
-
Goreşən Sərkisyan ..
... və ya əgər düşmən cəsəddən qisas alacaq qədər alçaqdırsa...
-
Düşmən ordusunda qırğın
Tank atəşi tələfata səbəb oldu
-
Erməni podpolkovnikin ayağı qopdu
Azərbaycanla sərhəddə 4 düşmən hərbçisi minaya düşdü
-
Ermənilər təşvişdə
Sərhəddəki əhali evlərini tərk edib, 3 kənd boşalıb
-
3 erməni kəndi boşaldılıb
«Hələ indiyə qədər belə gülləbaran olmamışdı»
-
Azərbaycanla sərhəddəki Tavuş rayonunun Ayqepar kəndindəki iki ev Azərbaycan ordusunun iriçaplı silahlardan açdığı atəş nəticəsində tamamilə yanaraq məhv olub.
Virtualaz.org saytı »İnterfax»a istinadən bildirir ki, bunu jurnalistlərə bugünkü açıqlamasında Ayqepar kəndinin starostası Andranik Aydınyan deyib.
«Azərbaycan tərəfdən iriçaplı silahlardan atırdılar. Avqustun 10-na keçən gecə saat 2-dən atmağa başladılar. Ta saat 7-nin yarısına qədər atdılar. İki evdə yanğın başladı. Yanğınsöndürənləri və xilasediciləri çağırdıq. Amma onlar atışmadan qorxub hadisə yerinə yaxınlaşmadılar. Hər iki yanıb məhv oldu» - deyə A.Aydınyan bildirib.
Ermənistanın Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, evlərdə yanğının başlaması xəbəri onlara saat 04:20-də daxil olub. FHN kəndə iki yanğınsöndürən maşın göndərsə də atışma üzündən hadisə yerinə yaxınlaşa bilməyiblər.