vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
QARABAĞ  
18:32 | 12 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 1381 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Girovlardan məktub gəlib

Qırmızı Xaç Komitəsi Şahbaz və Dilqəmlə görüşüb

MÖVZU İLƏ ƏLAQƏLİ

İşğal altındakı Kəlbəcər rayonunda ermənilərin girov götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı nümayəndəliyi vasitəsilə ailələrinə yeni məktub yollayıblar.

Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, komitənin Yerevan  nümayəndəliyinin proqram və kommunikasiya rəhbəri Zara Amatuni deyib ki, Qarabağdakı nümayəndəliyin təmsilçiləri avqustun 11-də axşam Quliyev və Əsgərovla görüşüblər: «Reqlamentə uyğun keçirilən görüşdə əslən Kəlbəcərdən olan Quliyev və Əsgərov məktub verərək Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinə Bakıdakı həmkarlarına çatdırmağı xahiş ediblər».

Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov bir müddət öncə Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Sonuncu öldürülərək Dağlıq Qarabağda dəfn olunub.