«5 milyard dollar...»
Rus saytı iddia edir ki, Azərbaycan Qarabağa görə Ermənistana sensasion məbləğdə pul təklif edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bretton Vudsa qayıtmağın vaxtıdır?
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
-
Dünyanı gözləyən virtual bəla
Sosial bərbarəsizlik və işsizlik artacaq
-
Separatçılar üçün “soyuq düş”
Yaxud diplomatik cəbhədə “əsəb müharibəsi”
-
Diplomat yalan danışırsa ...
Bu millətdə normal insan olmayacaq?
-
Öz xoşlarıyla çıxmayacaqlar
Humanitar yardım adıyla silah daşınır
-
Oskanyan dövrəyə girdi
Ermənilər Xankəndidə Azərbaycana qarşı yeni təxribat hazırlığına başladılar
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
Rusiya çıxmaq istəmir
Fransa isə qoşun yeritmək fikrində
-
“The Game is Over!”
Ən azı bitmək üzrədir...
-
Fransanın zibillədiyi yol ...
Azərbaycan artıq Rusiya ilə də hesablaşmaq istəmir
-
Blinkenin Bakıya zəngi...
... Və Ağdamdan Xankəndiyə qaz kəməri qərarı
-
Orduya tapşırıq verildi
Azərbaycan Xankəndi yolunu bağlayır ...
-
Təxribatdan əvvəlki təbliğat
Putinin ehtimal olunan səfəri fonunda Ermənistanın başı qaşınır
-
Xankəndi şeytan yuvası olmayacaq!
Ermənilərə gələn silah karvanının sahiblərinə ...
-
Əliyev Kremllə razılaşmır
Azərbaycan Rusiyanın oyununu pozur
-
... Ermənilərin taleyi necə olacaq?
Azərbaycan Qarabağda vəziyyəti tamamilə dəyişməyə hazırlaşır ...
Rusiyanın politrus.com portalında anonim müəllifin Qarabağa dair sensasion məlumatı dərc olunub. Virtualaz.org saytı xəbər verir ki, məlumatda Azərbayanın Qarabağı geri almaq üçün Ermənistana 5 milyard dollar təklif etdiyi iddia olunur.
Məlumatda deyilir: «Politrus.com saytının prezident İlham Əliyevin ətrafına yaxın məlumatlı mənbədən aldığı informasiyaya görə, Azərbaycan Emənistana 5 milyard dollar tranş verməyə hazırdır. Bu, Ermənistanın bütün xarici borcunu ödəməyə bəs edər. Pul köçürülməsini birbaşa iki ölkənin Mərkəzi bankları arasında deyil, beynəlxalq maliyyə strukturları, məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) üzərindən həyata keçirmək nəzərdə tutulur.
Bakı BVF-nin bu köçürmə üçün xidmət haqlarını da ödəməyə hazırdır. Bunun əvəzində Ermənistan 2015-ci ilin sonuna qədər Qarabağdan bütün hərbi birləşmələrini çıxarmalı və əraziləri 2019-cu ilədək orada qalacaq ATƏT, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sülhməramlılarının nəzarətinə verməlidir. Həmin dövrdə Azərbaycan Dağlıq Qarabağda paritet əsasda yerli hakimiyyət orqanları yaratmalı, Konstitusiyada dəyişiklik edib erməni dilinə ikinci regional dil statusu verməli, regionun bütün təhsil müəssisələrində erməni dilinin mütləq tədris edilməsini qanuniləşdirməlidir».
Sayt iddia edir ki, bu məsələ ilə bağlı danışıqlar Cenevrədə gedir. Rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə ikili vətəndaşlıq verilməsinə müsbət baxmır. Çünki ikili vətəndaşlığa görə məsuliyyət nəzərdə tutulur. Ermənistan tərəfi isə öz vətəndaşlarının 180 təqvim günü ərzində Dağlıq Qarabağa sərbəst-gedib gələ bilməsini istəyir.
«Ən başlıcası isə budur ki, İrəvan kompensasiyanın məbləğinə razı deyil. Politrus.com-un mənbələrinin məlumatına görə, Serj Sərkisyanın emissarları bildirirlər ki, ancaq 10 milyard dollar məbləğində danışıqlara razıdırlar və pulun 3 il ərzində alınmasına razılıq verə bilərlər. Yəni ildə 3 milyard dollar. Bu isə Ermənistanın illik büdcəsinə bərabərdir» - deyə sayt iddia edir.
Qeyd edək ki, Azərbaycanın Qarabağ anlaşmasına görə Ermənistana hansısa formada milyardlarla dollar kompensasiya təklif etməsi barədə söz-söhbətlər çoxdandır dolaşır. Bakı rəsmiləri bir vaxtlar bildirmişdilər ki, Azərbaycan sülh razılaşmasından sonra Qarabağa milyardlarla dollar yatırmağa hazırdır.