vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
QARABAĞ  
16:45 | 15 avqust 2014 | Cümə Məqaləyə 1095 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həyasızlığın son pilləsində

Ermənipərəst konqresmen Azərbaycan snayperlərindən danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Konqresi Nümayəndələr Palatasının xarici məsələlər üzrə Komitəsinin rəhbəri Ed Roys prezident Barak Obamanı Azərbaycana təzyiq göstərməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, Roys bildirib ki, Dağlıq Qarabağda atəşkəsin bərpa olunması üçün Azərbaycan Ordusu cəbhədəki snayperlərini geri çəkməlidir.

Ermənipərəst konqresmenin Obamaya çağırışını şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Ed Roys başa düşməlidir ki, Qarabağ Azərbaycan torpaqlarıdır və işğalçı Ermənistan silahlı bölmələri bu torpaqlardan geri çəkilməlidir.

«Görün bunlar nə qədər erməni lobbisinin təsiri altına düşüb ki, işğalçı Ermənistan qoşunlarının geri çəkilməsini tələb edə bilmirlər. Onlar işğala məruz qalan torpaqlarımızdan Azərbaycan Ordusunun snayperlərini geri çəkilməsi ilə bağlı Obamaya çağırış ediblər. Bu, həyasızlığın ən son pilləsidir. Bundan o tərəfi yoxdur», - deyə Qabil Hüseynli bildirib.

Politoloq qeyd edib ki, Qarabağı döyüş yolu ilə geri qaytarmaq Azərbaycanın haqqıdır.