«Hansı addımların atılması planlaşdırılır»
Fransalı deputat öz nazirinə Qarabağ sorğusu göndərdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Fransa-Azərbaycan dostluq qrupu ilə yüksək səviyyəli görüş
Birinci vitse-prezident Mehriban Əliyeva Fransa Milli Assambleyasının üzvlərini qəbul edib
-
Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mancel (Jean-Francois Mancel) Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son atəşkəs rejiminin pozulması ilə əlaqədar Fransanın xarici işlər naziri Loren Fobiusa sorğu ilə müraciət edib.
Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında Soçidə baş tutan görüşün ardınca o, Fransanın xarici işlər nazirinə sorğu göndərib.
Jan-Fransua Mancel L.Fobiusa bir daha xatırladıb ki, Fransa Rusiya və ABŞ-la birgə Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir.
«Mən ona sual verdim ki, Fransa hökumətinin bu məsələ ilə bağlı fikri nədir və münaqişənin prezident Əliyevin qeyd etdiyi kimi, «beynəlxalq qaydalara və ədalətə əsaslanaraq sülh və danışıqlar yolu ilə» həllinin sürətləndirilməsi üçün hansı addımların atılması planlaşdırılır» - deyə fransalı parlamentar vurğulayıb.
Qeyd edək ki, Jan-Fransua Mancel Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun üzvü, həmçinin yeni yaradılmış Azərbaycanın Dostları Cəmiyyətinin prezidentidir.