vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
10:35 | 18 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1518 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Artıq Rusiyanın mənası yoxdur»

Ermənistan Azərbaycan silahından qorxdu

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni Milli və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Manvel Sərkisyan Rusiyanın Azərbaycana silah satışının Ermənistan üçün xoş olmadığını bildirib. Modern.az xəbər verir ki, o tert.am saytına açıqlamasında mövzu barədə sualları şərh edib. Manvel Sarkisyan deyib ki, Ermənistan Rusiyanın Azərbaycana birtərəfli qaydada silah satışını dayandırmağa inandırmaq üçün üsul tapa bilmirsə, o zaman rəsmi İrəvan təhlükəsizliyin təminatı üçün başqa dövlətlərlə sıx münasibət yaratmalıdır.

Ekspert söyləyib ki, Rusiya münaqişə regionuna silah satışını özünə rəva görsə də ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri bu addımı qəbuledilməz hesab edirlər. M.Sərkisyan düşünür ki, proseslərin bu fonda cərəyan etməsi sonradan ciddi problemlər yaradır.

«Nəticədə Rusiya öz təsirinin saxlanılması üçün əlavə mexanizmlər yaradır, öz istəyi ilə tarazlığı dəyişdirir. Əgər biz Rusiyanın silah satdığı bir ölkə ilə vuruşuruqsa, onda Rusiya ilə münasibətlərin qorunub saxlanılmasının nə mənası var? Əgər Azərbaycanı başqa ölkələr silahlandırsa, bu başqa məsələdir», - deyə mərkəz direktoru qeyd edib.