vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
22:45 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 1373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilərə tutarlı cavab

Dağlıq Qarabağa vurulan ziyan müəyyənləşdirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənilərin gələn il keçirməyə planlaşdırdıqları qondarma erməni soyqırımının 100 illiyinə tarixi faktlara əsaslanan tutarlı cavab veriləcək.

ANS TV-nin məlumatına görə, prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış İtki və Tələfatların Qiymətləndirilməsi komissiyası Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonla birgə 19 inzibati ərazi vahidliyində erməni işğalçıları tərəfindən vurulan ziyanı müəyyənləşdirir.

Səfirlər, hüquqşünas və qiymətləndirici ekspertlərdən ibarət işçi qrupun rəhbəri millət vəkili Xanhüseyn Kazımlı ANS-ə bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli Xan Xoyski tərəfindən yaradılan Fövqəladə Təhqiqatlar Komissiyasının aşkar etdiyi tarixi faktlar, ermənilərin bolşeviklərin pərdəsi altında azərbaycanlılar qarşı törətdiyi vəhşiliklər, soyqırım aktı dünya ictimaiyyətinə çatdırılır.

Avqustun 31-i Fövqəladə Təhqiqat Komissiyasının yaradılmasının 96-cı ildönümü qeyd ediləcək.