«Müsavatda məndən yaxşısı yox idi»
Arif Hacılı: «Qurultaya seçilmiş nümayəndələrin əksəriyyətini şəxsən tanıyıram»
Fatimə KƏRİMLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Moşenniklərə ...”
Müxalifətin saxta vəsiqə və mühacir davası qızışır; müsavatçılar sığındıqları ölkədən çıxarıla bilər
-
İsa Qəmbər seçkiyə niyə buraxılmadı?
Başqan müavinindən Müsavat Məclisinin qərarına üsyankar status...
-
«Maraq o qədər də yüksək olmur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
-
«Trampın seçilməsi də sürpriz oldu»
ABŞ-dakı seçkilərə Azərbaycan siyasətçilərindən reaksiyalar
-
«Qrantı da hər adama vermirlər»
«Hakimiyyətin ssenarisi» iddiasını özüm üçün təhqir hesab edirəm
-
«Vergi amnistiyası olmalıdı»
«ABŞ-ın çox yüksək dairələrində Bütöv Azərbaycan məsələsi ilə maraqlanırlar» - III (sonuncu) hissə
-
«Müsavatda daxili demokratiya yoxdur…»
«…biz gərək partiyaya başqanlığına Arif Hacılını deyil, Yaşar Türkazəri seçəydik» (II hissə)
-
«Onlar reallıq hissini itirib»
«Tofiq Yaqublu kimi bir şəxsi Divanda uşaq kimi danlayıblar»
-
«İnkişafın 4 şərti var…»
«İsa Qəmbər səsini əvvəlcədən bəyan eləmişdi» (I hissə)
-
«ABŞ-ın əsas marağı…»
«Təqibdən-təzyiqdən qorxsaydım, geri dönməzdim»
-
«Arif Hacılı olan yerdə intriqa var»
Ellada Məmmədli: «İsa Qəmbər közərən pambığı alışdırmağa qadirdir»
-
«Mən satqın deyiləm!»
Partiya sıralarını könüllü tərk etmiş müsavatçı xanım etiraz etdi
-
Arif Hacılının yalanı
Müsavatçılar necə aldadıldı?
-
«Müsavatın bərpaçılarını bezdirirlər»
Ellada Məmmədli: «Vurğun Əyyubu Müsavatdan çıxarmağa çalışırlar»
-
Qardaşı İsa Qəmbərə qarşı
Rövşən Qəmbər: «Aprel ayında Qubad bəyin tərəfdarları ilə yeni partiya yaradacağıq»
-
«Onun sözü hökm deyil»
Vurğun Əyyub: «O zaman da Arif Hacılı İsa Qəmbərin dəstəyi ilə 3 səs artıq qazandı»
«Müsavatda məndən daha yaxşı, uğurlu namizəd olsaydı namizədliyimi irəli sürməzdim». Müsavat başqanlığına namizəd Arif Hacılı bu fikirləri AzVision.az-ın suallarını cavablandırarkən səsləndirib.
- Arif bəy, bu gün Müsavat başqanlığına rəsmən namizəd oldunuz. Bu qərarınızın əsas səbəbi barədə nə deyə bilərsiniz? Niyə Müsavat başqanı olmaq istəyirsiniz?
- Hesab edirəm ki, hazırda istər Azərbaycan cəmiyyətində, istər demokratik düşərgədə, istərsə də Müsavat Partiyasında olan vəziyyət mənim başqan olmağımı diktə edir. Əgər indiki dövr üçün məndən daha yaxşı, uğurlu namizəd olsaydı namizədliyimi irəli sürməzdim. Dostlarımla, silahdaşlarımla, Müsavat Partiyasını bərpa etmiş insanlarla, Divan üzləri ilə, Müsavat başqanı İsa Qəmbərlə məsləhətləşdikdən sonra başqanlığa namizədliyimi irəli sürmək qərarına gəldim.
- Təbii ki, başqanlıq mübarizəsində tək deyilsiniz. Tural Abbaslı, Qubad İbadoğlu kimi rəqibləriniz var. Maraqlıdır, onlardan kimi özünüzə rəqib görürsünüz. Sizcə, onlar başqan olmağa layiqdirlərmi?
- Kimisə fərqləndirmək istəməzdim. Çünki əvvəla namizədlərin irəli sürülməsi prosesi başa çatmayıb. Kimlərin namizəd olacağı dəqiq bəlli deyil. İkincisi isə seçim Müsavat partiyası qurultayının nümayəndələri üzərindədir. Kimin daha real namizəd olduğunu seçkilərin nəticələri göstərəcək.
- Rəqiblərinizlə müqayisədə sizin üstünlüyünüz nədədir? Yəni partiya üzvləri başqan olmağınız üçün sizə niyə səs verməlidir?
- Bu gün seçki platformamı təqdim edəcəyəm və bunların hamısı platformada əks olunacaq. Seçiləcəyim təqdirdə görəcəyim tədbirlər də burada öz əksini tapacaq.
- Bundan öncəki müsahibənizdə qeyd etmişdiniz ki, başqanlığa namizəd olacağınız təqdirdə seçiləcəyinizə əminsiniz. Bu əminlik sizdə haradan qaynaqlanır?
- Mən 20 ildən çoxdur ki, Müsavat partiyasında rəhbər strukturlarda çalışıram. Bu illər ərzində partiyanın icra işlərinə rəhbərlik etmişəm, partiyanın keçirdiyi ən böyük seçki kampaniyalarının bilavasitə rəhbəri olmuşam. Təşkilat məsələlərinə, seçki məsələlərinə baxdığım üçün partiya strukturları ilə daim təmasda olmuşam. Müsavat Partiyası üzvlərini, partiyanın yerli strukturlarında çalışan fəallarımızı, qurultaya seçilmiş nümayəndələrin əksəriyyətini şəxsən tanıyıram. Ona görə də həmin şəxslərin necə səs verəcəyi barədə məlumata malikəm.
- Başqan seçilsəniz İsa Qəmbərin statusu ilə bağlı hər hansı təklifiniz olacaqmı?
- İsa Qəmbər o çapda olan siyasətçidir ki, onun statusunu Müsavat Partiyasının kimliyindən asılı olmayaraq partiyanın başqanı müəyyən edə bilməz.
- Arif bəy, başqan olmayacağınız təqdirdə siyasi fəaliyyətinizi necə davam etdirəcəksiniz? Partiyadan ayrılacaqsınızmı?
- Partiyadakı fəaliyyətimə davam edəcəyəm.