vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
12:35 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1728 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Xırdalan köçkünləri»nə ev verilə bilər

«2 mənzili uçan bina qəzalı vəziyyətdədir»

ANAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Xırdalanda dünən partlayış baş verən binada məskunlaşan sakinlərin mənzillə təmin olunması məsələsi yenidən gündəmə gəlib.

Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov AzVision.az-a açıqlamasında bildirib ki, evləri uçan üç ailə Mehdiabad qəsəbəsində mənzillə təmin olunub.

Uçqun baş verən binada yaşayan digər ailələrin də evlə təmin olunmasına gəlincə, «Qaçqınkom»un rəsmisi vurğulayıb ki, müzakirələr getdiyi üçün digər ailələrin də evlə təmin edilməsi ilə bağlı məlumat veriləcək.

«Bu məsələ ilə bağlı hazırda müzakirə aparılır. Əlavə məlumat olanda xəbər verəcəyik».

Qeyd edək ki, hazırda FHN əməkdaşları partlayış baş verən binada araşdırma aparırlar. Bina qəzalı vəziyyətdə olduğundan ehtimal edilir ki, köçkünlərin orada yaşamasına icazə verilməsin.