vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
21:16 | 15 aprel 2015 | Çərşənbə Məqaləyə 2561 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dondurulmuş münaqişə adlansa da ...»

ABŞ səfiri: «Həmsədrlər prezidentlərin görüşünü təşkil etməyə çalışır»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın qərb bölgəsinə səfəri çərçivəsində Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı şəhərcikdə olub.

Öncə səfir Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovla görüşüb. Sonra qonaqlar şəhərcikdə məcburi köçkün uşaqlarının tərbiyə aldığı uşaq bağçasına baş çəkiblər.

Səfir bildirib ki, Kəlbəcərdən olan məcburi köçkün ailəsi ilə söhbətdən aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsi mücərrəd və abstrakt bir münaqişə deyil.

«Bu münaqişənin humanitar tərəfləri, yəni fəsadları var. Biz söhbət əsnasında bunun şahidi olduq. Bu, dondurulmuş münaqişə adlansa da heç də belə deyil. Təmas xəttində hər gün insan itkiləri baş verir» - deyə diplomat vurğulayıb.

Səfir bildirib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri Ermənistan və Azərbaycan xarici işləri nazirləri ilə daim təmasdadırlar: «Onlar çalışırlar ki, prezidentlərin görüşünü təşkil eləsinlər. Əsas məqsəd tərəfləri bir araya gətirmək və münaqişənin dinc yolla həlli istiqamətində irəliləyişə nail olmaqdır».