Kredit götürmək çətinləşdi
Faizləri endirmək tələb edildi, Mərkəzi Bank əvəzində qaş düzəltmək yerinə göz çıxardı
Günel TÜRKSOY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
“Xahiş edirik ...”
Mərkəzi Bankdan xəbərdarlıq
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
ARKM sözünü tutmur
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin qərarlarını qabaqcadan necə bilir?
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Nəzarət səlahiyyəti Mərkəzi Banka qayıdır...
... Rotşildlər isə Azərbaycana gəlir?
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
-
Xaricdən göndərilən pulda artım
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
-
Dollar hamını təzyiq altında saxlayır
Bütün dünya FED rəhbərlərinin açıqlamalarını gözləyir
-
Dollar son bir ilin maksimumunda
Bu qədəri heç görünməmişdi
-
Rüstəmov devalvasiyanı etiraf etdi?!
Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən
-
5 milyard dolları keçdi
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
-
«Pul bazası artır»
Bir ildə 2.2 milyarda yaxın çoxalma var
-
Dollar qalxır
ABŞ-ın iqtisadiyyatının artım rəqəmi dəyişdirildi
Ötən ay Mərkəzi Bank banklarda «Banklarda və bank olmayan kredit təşkilatlarında məsuliyyətli kreditləşmə haqqında Metodoloji Rəhbərlik» barədə göstəriş verib «Qafqazinfo» xəbər verir ki, qərarın verilməsində məqsəd banklarda xərclərin optimallaşdırılması, maliyyə resurslarının maya dəyərinin azaldılması, korporativ sosial məsuliyyətin artırılmasıdır. Belə ki, sözügedən qərarla Mərkəzi Bank gələcəkdə problemli kreditlərin yaranmasını önləmək və istehlak kreditləşməsini məhdudlaşdırmaq niyyətindədir.
Bir neçə banka kredit borcu olan, aylıq borc yükü ilə gəlirləri uyğunluq təşkil etməyən istehlakçılara kredit ayrılmayacaq.
Bu da o deməkdir ki, artıq insanların kommersiya banklarından kredit götürməsi prosesi çətinləşəcək.
Belə ki, artıq bir neçə banka kredit borcu olan, aylıq borc yükü ilə gəlirləri uyğunluq təşkil etməyən istehlakçılara kredit ayrılmayacaq. Vəziyyətə ümumi nəzər salsaq deyə bilərik ki, bu qərarla artıq Azərbaycanda 80 faiz əhali kredit götürə bilməyəcək. Çünki ölkədə hər dörd nəfərdən birinin bir deyil, hətta bir neçə banka kredit borcu var.
Burada bir məsələni də xüsusi qeyd etmək yerinə düşər. Vətəndaşlar daha çox avtomobil, mobil telefon almaq, öz yasını, toyunu keçirmək və beləliklə də hər xırda ehtiyacını qarşılamaq məqsədilə banklara üz tuturlar. Yəni bankdan kredit götürüb bunu kiçik biznesə cəlb etmək və oradan gəlir götürmək əvəzinə, xırda və bəzən də anlamsız məişət ehtiyaclarını ödəyirlər. Belə olan halda, təbiidir ki, vətəndaşın kredit borcunu geri qaytarmaqda çətinliyi olacaq. Son günlər kredit borcu olanlar üçün daha bir problem yaranıb. Belə ki, borcunu vaxtında ödəməyən şəxsləri ölkədən xaricə çıxmağa da qoymurlar.
Xatırladaq ki, ölkədə bir neçə müddətdir ki, problemli kreditlərin maksimal həddə olduğu, bankların bu prosesdən əziyyət çəkdiyi barədə həm ekspertlər, həm də bank mütəxəssisləri həyəcan təbili çalırdılar. Xüsusilə 21 fevral devalvasiyasından sonra istehlakçılar banklara olan borcunun qaytarılmasını gecikdirib. Statistikaya nəzər salsaq, avqust ayınının nəticələrinə görə, ölkədə problemli kreditlərin həcmi 1,3 milyard manatı ötüb.
Görünür, uzun müzakirələrdən sonra Mərkəzi Bank bank sisteminin çöküşünün qarşısını almaq, istehlak kreditləşməsi üzrə ixtisaslaşan bankların fəaliyyəti məhdudlaşdırıb onları real sektoru maliyyələşdirməyə sövq etmək məqsədilə də əvvəldə qeyd etdiyimiz qərarı verib.
«Pulum yoxdur. İş yerim də yoxdur. Bu səbəbdən kreditimi qaytara bilmirəm. Versinlər məni məhkəməyə».
Qeyd edək ki, əvvəllər kommersiya bankları hətta iş yeri olmayan vətəndaşlara da kredit ayırırdılar. Prosesin necə sonlanacağını isə düşünmürdülər. İndi isə həmin şəxslər banklara borcunu qaytarmaqdan imtina edir. Məsələnin məhkəmə səviyyəsinə çıxmasına belə əhəmiyyət vermirlər.
Məşhur bir deyimi indi banka borclu olan şəxslərdən çox eşidirik:
«Pulum yoxdur. İş yerim də yoxdur. Bu səbəbdən kreditimi qaytara bilmirəm. Versinlər məni məhkəməyə».
Xeyli müddətdir ki, borclulardan bu deyimi eşidən banklar da problemdən əziyyət çəkirlər. Çünki banklar krediti əsasən əhalinin əmanətlərindən ayırırlar. Bankların bu vəziyyətini görən əmanətçilər də sürətlə əmanətlərini banklardan geri çəkirlər.
Vətəndaş lombardlara, sələmçilərə üz tutur
Xatırladaq ki, uzun illər əhalini bu kredit burulğanına məhz banklar salmışdı. Pula ehtiyacı olan vətəndaş banklardan kredit götürürdü. Faizlər yüksək olmasına rəğmən əhali kredit götürməyə məcbur qalmışdı. Banklar da necə gəldi, məsuliyyətsiz şəkildə vətəndaşa kredit verirdi. İndinin özündə də insanlar kredit götürməyə məcburdur. Mərkəzi Bankın son qərarı isə əhalinin bu ümidini gözündə qoyacaq. Elə qərardan sorna da sosial şəbəkələrdə məhz bu məqam müzakirələrə səbəb olub. Görəsən, yeni qərar kimə xidmət edəcək? Məcbur qalıb, hansısa problemi həll etmək üçün banka sığınan vətəndaş bundan sonra nə edəcək?
Tutaq ki, bu gün 300 manat maaş alan müəllim kredit üçün banka müraciət edir, amma bank ona kredit ayırmır. Çünki həmin müəllimin bir neçə banka kredit borcu var. Yeni qaydaya əsasən, borclar ilə gəlirlər arasında mütənasiblik olmalıdır.
Belə olan halda pula ehtiyacı olan vətəndaş lombardlara, sələmçilərə üz tutacaq. Bu da mövcud durumu daha da çətinləşdirəcək. Çünki sələmçi və lombardlar daha yüksək faizlə vətəndaşa pul ayırır. Bir sözlə deyə bilərik ki, verilmiş bu qərar vəziyyətdən çıxış yolu hesab edilə bilməz.
Burada daha çox iş hökumətin üzərinə düşür. Əhalini kredit yükündən azad etmək üçün daha optimal yollar düşünülməlidir. Bunun üçün əhalinin maaşları artırılmalı, işsiz insanlar işlə təmin edilməli, istehlak kreditləşməsinin istiqaməti düzgün müəyyənləşdirilməlidir.
Əhalinin gəlirləri rəsmiləşdirilməli, kredit faizləri aşağı salınmalıdır
Əhalini müəyyən dərəcədə qədər kredit öhdəliyindən, mövcud vəziyyətdən tamamilə qurtarmağın yolları barədə «Qafqazinfo»ya danışan ekspert Samir Əliyev bildirib ki, hökumət ilk növbədə yerli istehsalı stimullaşdırmalıdır: «Çalışmaq lazımdır ki, istehlak kreditləşməsi yerli istehsala yönəlsin. Bunun üçün ilk növbədə əhalinin gəlirləri rəsmiləşdirilməli, kredit faizləri aşağı salınmalıdır. Faizlər əhəmiyyətli dərəcədə aşağı salınarsa, problemli kredit məsələsi, hətta aylıq ödəniş məsələsi xeyli azalar. Belə olan halda da insanlar daha çox kredit ala bilərlər».
Ekspert Mərkəzi Bankın yeni göstərişini belə izah edib:
«Ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı BYG əmsalından (aylıq borc yükünün gəlirə nisbəti) istifadə olunacaq. Bu əmsal hesablanarkən sizin hər ay ödədiyiniz və ödəməyə hazırlaşdığınız borc yükü toplanaraq aylıq gəlirinizə bölünəcək. Məsələn, fərz edək ki, aylıq qazancınız 400 manatdır. Hazırda hansısa banka hər 100 manat kredit ödəyirsiniz. Yeni kredit xətti aşmaq istəyirsiniz və banka müraciət etmisiniz. İstədiyiniz məbləğin aylıq ödənişi isə təxminən 120 manat edir. Bu halda BYG əmsalı (100 AZN +120 AZN)/400 AZN x100% = 55% olacaq. Belə vəziyyətdə sizə istədiyiniz məbləğ verilməyəcək. Sizin kredit ala bilməniz üçün BYG əmsalı 50%-dən aşağı olmalıdır. Yəni bu əmsal nə qədər aşağı olsa bir o qədər şansınız artacaq. Deməli, indiki gəlirlər siz aylıq ödənişin ən çoxu 100 AZN olan həcmdə (bu halda BYG 50% olur) kredit götürə bilərsiniz. Bu əmsal bütün dünyada PTİ (payment –to-income) əmsalı adı ilə tanınır.
Artıq bütün istiqamətlərdə satış ölüb
Ümumilikdə isə, Mərkəzi Bankın mövcud qərarının yaranmış problemin həllinə yönəlik addım olduğunu nəzərə çatdıran ekspert qeyd edib ki, hazırda bank sektorunda problemli kreditlərin həcmi artıb: «Vaxtilə banklar məsuliyyətsiz kredit verərək müştərini düzgün qiymətləndirməyiblər. Bu qərar gələcəkdə bankların problemli kreditlərlə üzləşməsini xeyli dərəcədə məhdudlaşdırır. Vətəndaş da bundan sonra məsuliyyətsiz kreditə üz tutmayacaq. Strateji baxımdan bu düzgün addımdır.
Məsələnin başqa mənfi tərəfi odur ki, qərar əhalinin kreditə olan əlçatanlılığını azaldacaq. Bu da iqtisadiyyatda alıcılıq qabiliyyətini azaldan amildir. Məsələn, əvvəllər avtomobillər, məişət texnikası kreditlə alınırdı. İstehlak krediti hesabına bazarda xeyli tələbat yaranmışdı. Kredit prosesinin çətinləşməsi ona gətirib çıxarıb ki, artıq bütün istiqamətlərdə satış ölüb».
Azərbaycanda isə istehlak kreditləri istisnasız olaraq xarici şirkətlərin istehsal etdiyi məhsullara yönəlir...
S. Əliyev əlavə edib ki, Azərbaycanda istehlak kreditinin verilməsi prosesi dünya ölkələrindən fərqlənir: «Məsələn, Amerika, Almaniya kimi ölkələrdə istehlak kreditinin faydaları bizə nisbətən xeyli çoxdur. İstehlak krediti bu kimi ölkələrdə istehsalı tənzimləyir və dəstəkləyir. İstehsala stimullaşdırmaqla tələb yaradır, eyni zamanda vətəndaşın tələbatı da ödənilir. Ona görə də xarici ölkələrdə bu kredit növü iqtisadi inkişafa yardım edir. Azərbaycanda isə istehlak kreditləri istisnasız olaraq xarici şirkətlərin istehsal etdiyi məhsullara yönəlir. Belə çıxır ki, biz xarici ölkələrin istehlakçılarını dəstəkləyirik. Bu da iqtisadi baxımdan düzgün addım deyil».