Azərbaycanı kiminlə müqayisə edək...?
Qərb ölkələri ilə, yoxsa MDB?
Rövşən AĞAYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
İlk hal 11 il əvvəl yaşanıb
Ərazidəki insanlar sərxoş olub yatırlar
-
Qazaxıstan referenduma gedir
Ölkə başçısı AES tikintisi üçün xalqın razılığını istəyir
-
“Ölkəmiz buna öyrəşə bilməz”
İkinci Dünya Müharibəsindən sonra yaşanan ilk kansleri üzüb: “Bizim üçün də ağrılıdır”
-
Norveçdə bomba xəbərdarlığı
Parlament boşaldılıb
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
... Bakıda Qazaxıstan filmləri nümayiş olunub
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
-
“Türkiyənin terrorla mübarizə hüququ var”
Norveç baş nazirindən Ankaraya dəstək mesajı
-
Əliyev Tokayevi təbrik etdi
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
-
... Tokayev 7 ildə nələr edəcək?
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
-
Tokayev qalibdir
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
-
“Bölgə ölkələri asılı olmamalıdır”
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
-
Çapaladıqca batır
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
-
Qazaxıstanın seçimi
Tokayev hərbi doktrinanı da dəyişdirib
-
Qeyri-təbii sevgi
Norveçin qəfil “erməni eşqi”nin səbəbi bəlli oldu
-
Türk dövlətlərinin NATO-su
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
Dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində büdcənin sosial yükünü Azərbaycanla müqayisə etdim. Məlumatlardan aşkar görünürdü ki, nəinki inkişaf etmiş Qərb ölkələrində, hətta Estoniya və Polşa kimi keçid ölkələrində də büdcənin sosial yükü 60 faizdən az olmadığı halda, Azərbaycanda həmin göstərici 30 faizdir.
Bu məlumatları xeyli insan bəyəndi, xeyli sayda paylaşım da oldu.
Amma məsələnin mahiyyətini anlamayıb, aydınlaşdırmaq əvəzinə kobud tənqidə keçənlər də oldu. Bu adamların arqumenti budur ki, niyə Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə edirsiniz. Açıq deməsələr də ürəklərindən keçən budur ki, niyə bizi MDB-nin sosial-iqtisadi cəhətdən geri qalmış Tacikstan və Türkmənistan, həddən artıq yoxsul Qırğızıstanla müqayisə etmirsiniz.
Əvvəla, özümüzü inkişaf etmiş ölklərlə müqayisə etmək yanlış deyil: «Benchmarking» deyilən bir anlayış var: ən yaxşı nümunəni ölçü vahidi (meyarı, bazası) kimi götürürsən və özünü onunla müqayisə edirsən. «Benchmarking» güzgü deməkdi, o güzgüdə necə olduğunu aydınca, bütün cizgilərinə qədər aydın görünürsən. Əgər yaxşı görünümürsənsə, güzgünü niyə sındırırsan.
Dəfələrlə müşahidə etmişəm, bizdə rəsmi görəvi olanlar özümüzü qabaqcıl ölkələrlə müqayisəni hiddətlə qamçılayır - əlbəttə əgər bu müqayisə idarəetmənin yarıtmaz olduğunu çılpaqlığı ilə ortaya qoyursa. Bu şəxslərin mövqeyi aydındır. Bəs sadə vətəndaşlarımız niyə bu güzgüyə nifrət edirlər?
Başqa tərəfdən, büdcə xərclərinin strukturunun müqayisəsi ölkələrin inkişaf səviyyəsindən asılı olmayaraq qüsurlu deyil. Bu mütləq rəqəmlərin müqayisəli deyil. Məsələn, Norveçdə adambaşına ÜDM 50 min dollarıdırsa, onun adambaşına təhsil xərcləri 5 min dollar ola bilər. Amma Azərbaycanda nominal ÜDM 5 min dollardırsa, çıxıb desəm ki, niyə Azərbaycanda da adambaşına təhsil xərcləri 5 min dollar deyil, bu irad tutula bilər. Amma əgər müqayisə aparılırsa niyə Norveç büdcəsində təhsil və səhiyyə xərclərinin payı 25 faiz, Azərbaycanda 12 faizdir, bu müqayisə qətiyyən qüsurlu deyil. Bu hökumətlərin prioritetlərini göstərir: birinin cibində 1 milyard dollar, o birinin cibində 5 milyard dollar var. Ola bilər 5 milyard dolları olan pul necə gəldi xərcləyir, heç təhsil və sağlamlıq məsələsi onun üçün önəmli deyil - cibindəki pulun maksimum 3-5 faizini həmin məqsədlərə ayırır. Amma 1 milyard dolları olan təhsil və səhiyyənin dəyərini bilir və ona cibindəki pulun 50 faizini xərcləyir. İndi deyin: pulun miqdarının xərclərin strukturunun faizlə müqayisəsinə hansı maneəsi var. Və hökumətlərin büdcə prioritetlərinin müqayisə edilməsinin ölkənin inkişaf edib-etməməsinə nə aidiyyəti var? Məsələn, MDB ölkələrindən nümunə istəyirlər: Qazaxıstan və Gürcüstanın büdcəsinin 41-43 faizi sosial məqsədlərə xərclənir ki, bu da Azərbaycanın göstəricisindən xeyli yüksəkdir.
«Azərbaycan müharibə şəraitindədi, xərclərin əsas hissəsini müdafiəyə yönəltməlidir» deyən insanlara deyəcəyim budur ki, ABŞ-dan millitarist büdcəsi çox olan ölkə yoxdu, amma bu ölkədə təhsil və səhiyyə xərcləri yenə büdcənin prioritetləri sırasındadı.
Söhbət məşhur filmdə deyildiyi kimi «vnimatelnı» olmaqdadı - təhsil, səhiyyə və sosial müdafiə xərcləri büdcə üçün nə dərəcədə prioritetdir..
Sonda «bizi MDB ilə müqayisə edən» deyənlərə bir sual verirəm: Azərbaycan kimi nəhəng maliyyə resurslarına malik ölkə 2016-cı ölkənin hər nəfəri hesabı ilə təhsil, səhiyyə və sosial müdafiəyə 490 dollar xərcləyəcək. Gürcüstan kimi yoxsul ölkə isə 430 dollar. Siz zəngin ölkənin öz vətəndaşları üçün büdcədən nəzərdə tutduğu sosial xərclərin az qala yoxsul qonşusu qədər müəyyən etməsini hansı arqumentlə izah edərdiniz?