ABŞ seçki hayındadır
Hillari Klintonsa Konqresə daha çox demokratın seçilməsini arzulayır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
ABŞ prezident seçkilərində demokrat namizəd Hillari Klinton əsas diqqəti respublikaçı namizəd Donald Trampdan öz proqramına qanunverici hakimiyyət tərəfindən dəstək məqsədilə Konqres seçkilərinə yönəldir.
«Mən bundan sonra ona cavab belə verməyəcəm» - deyə, Trampın onun korrupsiyalaşmış olduğu və prezident postu üçün lazımi keyfiyyətlərə malik olmaması haqda iddialarını nəzərdə tutaraq bildirib.
ABŞ-ın ilk qadın prezidenti olmaq istəyən keçmiş dövlət katibi Klinton jurnalistlərlə söhbətində bildirib ki, seçkilərə qədər qalan 16 gün ərzində o, respublikaçıların üstünlüyə malik olduğu Konqresə nəzarətin geri alınması məqsədilə əsas diqqəti daha çox demokratın seçilməsinin vacibliyi məsələsinə yönəlməyə çalışır.
Təhlilçilər Klintonun seçilmək şansları 10-dan 9 kimi dəyərləndirir. Demokrat namizəd kampaniya fondundan milyonlarla dollar məbləğində maliyyə vəsaiti adətən prezidentiyə respublikaçı namizədlərin qələbə əldə etdiyi ştatlara yönəldir. O bununla Trampla müqayisədə öz üstünlüyünü artırmağa və hazırda respublikaçı qanunvericilərə qarşı seçkilərdə iştirak edən demokratlara yardım göstərməyə çalışır.
Təhlilçilər demokratların Senata nəzarəti qaytara biləcəyini mümkün hesab edir, lakin demokratların respublikaçıların ciddi üstünlüyə malik olduğu Nümayəndələr Palatası uğrunda gərgin mübarizə ilə qarşılaşa biləcəklərini bildirir.
Klintonun reytinqləri artır
Ölkə üzrə bir neçə qrup tərəfindən keçirilmiş rəy sorğularına əsasən, Klinton seçkili vəzifəyə ilk seçilmək üçün yarışlara qoşulan daşınmaz əmlak maqnatı Trampdan altı faiz irəlidədir. Lakin «ABC News» tele kanalının keçirdiyi yeni sorğuya görə, Klintonun daha böyük üstünlüyə malikdir. Sorğunun nəticələrinə əsasən, seçicilərin 50 faizi Klintonu dəstəkləməyə hazırdır. Trampı dəstəkləməyə hazır olanlar isə 38 faiz təşkil edir.
Sorğularda bu göstəricilər Trampın qadınlar haqda nalayiq tərzdə danışması və sonuncu debat zamanı qələbə çalmadığı halda məğlubiyyətini qəbul etməyə meylli olmadığını deməsindən sonra açıqlanıb.
Trampın kampaniyasının meneceri Kellien Konvey NBC tele kanalına müsahibə zamanı «biz geridəyik» deyə etiraf edib. Lakin o əlavə edib: «Biz təslim olmuruq. Biz bilirik ki, qələbə əldə edə bilərik».
Trampın ilk 100 günü
Tramp şənbə günü prezident seçildiyi təqdirdə ilk 100 gündə atacağı addımları qeyd edərək, prezident Obama tərəfindən verilən sərəncamların ləğv edilməsi, hökumət qanunlarının dəyişdirilməsi və Birləşmiş Ştatlara qeyri-qanuni yolla gələn immiqrantların həbs edilməsi kimi siyasi dəyişikliklərdən danışıb.
O eyni zamanda bildirib ki, seçkidən sonra onun kampaniyasına zərər verdikləri üçün qadınları məhkəməyə verəcək.
Tramp ölkəyə qanunsuz şəkildə daxil olan hər bir kəs üçün məcburi qaydada minimum iki illik həbs cəzası tətbiq etməklə Birləşmiş Ştatlara qeyri-qanuni mühacirlərin axınını dayandıracaq. O eyni zamanda, Konqresdə üzvlərinin müddətinə məhdudiyyətlər qoyulması, federal hökumətdə işə qəbulun dondurulması və Ağ Ev və Konqres rəsmilərinin vəzifədən getdikdən sonra lobbiçilik fəaliyyəti göstərməsinə qadağa qoyulmasına söz verib.