vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAHİBKARLIQ  
09:59 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha 78 dövlət əmlakı satılır

Hərraca çıxarılanların səhmi 0.5-2 manatdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 22-də növbəti açıq hərrac keçirəcək. Komitədən «Report»a verilən məlumata görə, hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb.

Həmin əmlaklardan 26-sı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış və nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən ASC-lərdir. Bunların arasında məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aid müəssisələr var. Söhbət «Ağdaş Quşçuluq», «Şamaxı Dəmir Beton», «Qarabağ Pambıq», «Zaqatala Fındıq», «İsmayıllı Sənaye İstehsal», «Material Təchizat», «Saatlı Broyler», «Bərdə Tikinti Quraşdırma» və digər bu kimi müəssisələrdən gedir. Onların hərraca çıxarılmış bir səhminin nominal dəyəri 0,5-2 manat arasında dəyişir.

Bundan başqa, 36 kiçik dövlət müəssisəsi və obyekti də hərraca çıxarılıb. Bunların 20-si torpaq sahəsi ilə birlikdə investorlara təklif olunur. Bu zaman tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Belə əmlaklar Bakının Sabunçu, Xətai, Qaradağ, Xəzər, Pirallahı rayonlarında, Gəncə və Sumqayıt şəhərlərində, Oğuz və Xızı rayonlarında yerləşir. Onların arasında ilkin qiyməti 100 min manatlarla ölçülən xidmət, ictimai iaşə və nəqliyyat müəssisələri var.

Hərraca çıxarılmış digər 16 əmlak isə paytaxtda yerləşən, kiçik biznes üçün əlverişli qeyri-yaşayış sahələridir. Bu obyektlərin sahəsi 13 kv. metrdən 118 kv.metrə qədərdir.

Qeyd edək ki, ƏMDK sabah da hərrac keçirəcək. Bu hərracda 84 dövlət əmlakının özəlləşdirilməsi nəzərdə tutulub.