vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
17:02 | 24 oktyabr 2016 | Bazar ertəsi Məqaləyə 2139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa İttifaqında təyyarə faciəsi

Qurumun üzvləri qəzaya düşdü, azı 5 nəfər öldü

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa İttifaqının məsul şəxslərini aparan təyyarənin Malta ərazisində qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb. Maltadan havaya qalxan təyyarə Liviyanın (Libi) şimali-qərbində yerləşən Misrata şəhərinə istiqamət götürmüşdü.

Hadisə oktyabrın 24-də səhər saatlarında baş verib.

Məlumata görə, «Metroliner» tipli təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misrata bölgəsinə aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə düşüb. İlkin məlumata görə, təyyarədə 10 nəfər olub.

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.