vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAĞLAMLIQ  
15:26 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qadınlar kişilərə çatıb

Spirtli içki qəbul edənlərin statistikasında

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünyada spirtli içki qəbul edən qadınların sayı demək olar kişilərə çatır. Pressday.az xarici mediaya istinadən bildirir ki, bu qənaətə avstriyalı alimlər bütün dünyada bu iki cinsin nümayəndələrinin alkoqoldan asılılığını araşdırandan sonra gəliblər.

1891-2001-ci illərdəki müddətdə doğulan 4 milyon adamın məlumat bazasının təhlili göstərib ki, əvvəllər kişilər spirtli içkilərə daha meylli olublar.

«BMJ Open» tibbi qadın jurnalının yazdığına görə, indiki nəslin qadınları faktiki kişilərdən geri qalmırlar.

Qeyd olunur ki, kişi və qadının müasir cəmiyyətdə sosial rolu dəyişdiyindən, vərdişlər də dəyişir.

Avstraliyanın Yeni Cənubi Uels Universitetinin bir qrup alimi bütün dünyada, daha çox respondent Şimali Amerika və Avropadan olub - insanların alkoqola vərdişlərini analiz edib.

«Spirtli içkidən istifadə tarixi kişi xəstəliyi ilə bağlıdır», - alimlər bunu etiraf ediblər.

Müasir dünyada isə bu ənənə pozulub. Məlum olur ki, qadınlar, xüsusilə də qızlar bu problemin obyektinə çevriliblər.

London məktəbinin gigiyena və tropik təbabət üzrə professoru Mark Pettikryunun fikrincə, belə dəyişikliyin səbəbini yalnız kişi və qadının sosial rolunun dəyişməsi ilə izah etmək olmaz.

«Spirtli içkiləri böyük asanlıqla əldə etmək də mühüm rol oynayır. Onu da demək lazımdır ki, spirtli içkilərin reklamının da xüsusi rolu var. Bəzən bu cür reklamlar bilərəkdən qadınların, xüsusilə gənc yaşda olanların istehlak seqmentinə istiqamətlənir», - professor vurğualyıb.