vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AVROPA  
23:13 | 29 oktyabr 2016 | Şənbə Məqaləyə 2084 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əla ideyadır»

Angela Merkelin islamla bağlı təklifi

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın kansleri Angela Merkel Almaniyada «islamla bağlı problemlərin olduğunu» bildiyini etiraf edib. O deyib ki, problemi həll etmək üçün təzə ideyası var: almanlar xristian ənənələrinə sadiq qalaraq milad nəğmələri oxumalı və fleyta çalmalıdırlar.

«Bizim partiyamızın adında «C» hərfi var» (Kansler rəhbəri olduğu Xristian-Demokratik İttifaqının (CDU) adındakı «xristian» sözünü nəzərdə tutur), deyə Kansler Meklenburq - Qərbi Pomeraniya torpağındakı çıxışı zamanı bildirib. Bu torpaqda onun partiyası immiqrantlara qarşı çıxan populist «Almaniya üçün alternativ» (AfD) partiyasından daha az səs yığıb.


Problemlərdən xəbərdar olduğunu deyir


«Biz hələ nə qədər milad nəğməsi bilirik? Onların nə qədərini uşaqlarımıza və nəvələrimizə ötürəcəyik?» Kansler bu ritorik suallarla partiyasının siyasət və iqtisadiyyatda mötədil katolik dəyərlərinə sadiqliyi vurğulamağa çalışıb.

Merkel daha öncə müsəlmanların alman cəmiyyətinin ayrılmaz hissəsi olması barədə fikirlər səsləndirib. Ancaq indi o, «islamla bağlı problemlərdən xəbərdar olduğunu» deyir. O, insanları bu sınaqdan çıxmaqdan ötrü xristian mədəniyyətini xatırlamağa çağırır.

«Biz nəğmələri kağızda çap edib fleyta çalan dostlarımızın köməyilə ifa etməliyik», deyə o əlavə edib.

Toplantıda bəzi adamlar onun sözlərinə gülüb. Ancaq kansler "tamamilə ciddi olduğunu» deyərək sözünə davam edib. O əlavə edib ki, «əks halda, vətənimizin bir hissəsini itirəcəyik».

Ancaq Almaniyada antimüsəlman əhval-ruhiyyəsinin güclü olduğu bir vaxtda kanslerin bu təklifi bəzi siyasətçilərin təəccübünü doğurub.


«Əla ideyadır»


«Məncə milad nəğmələri oxumaq əla ideyadır. Mən özüm də onları oxuyuram. Ancaq fleyta çalmaqla Almaniyanın islamlaşmasını əngəlləməyin mümkünlüyünü düşünmək ağ oldu», deyə Avropa Parlamentinin üzvü, ifrat sağçı «Almaniya üçün alternativ» partiyasının sədr müavini Beatrix von Storch bildirib.

«Özü də bu tövsiyə adında «C» olan partiyanın nümayəndəsindən gəlir. Bu hərf C vitaminini yox, xristianlığı bildirir», von Storch əlavə edib.

Merkelin ənənəvi alman dəyərlərini qorumaq çağırışı ötən ay onun rəhbərlik etdiyi Xristian Demokrat İttifaqının (CDU) yerli özünüidarəetmə seçkilərində bir sıra dairələrdə məğlub olmasından sonraya təsadüf edir.

İfrat sağçı, açıq-aşkar antimüsəlman mövqeyi tutan AfD-nin bu seçkilərdə xeyli irəliləməsi Merkel-in gələn il federal seçkilərdə dördüncü dəfə qələbə qazanması ehtimalını azaldıb. Kansler ən böyük məğlubiyyətə Berlində uğrayıb. Burada AfD səslərin 14,2 faizini qazanıb.


Üçüncü yer


Angela Merkel həmçinin Meklenburq - Forpommern dairəsində də məğlub olub. Burada CDU Sosial-demokratlar və ifrat sağçı AfD-dən sonra üçüncü yeri tutub.

Son 10 il ərzində Meklenburq - Qərbi Pomeraniya torpağı Sosial-demokrat partiyası (SPD) ilə CDU-nun «böyük koalisiyası» tərəfindən idarə olunub. Bu koalisiya həm də hakimiyyətin federal səviyyədə hazırkı durumunu əks etdirirdi.

Müşahidəçilər bu nəticəni Merkelin immiqrasiya siyasəti ilə əlaqələndirirlər. CDU-nun bir çox seçiciləri bu siyasətdən narazı qalaraq, bu dəfə AfD-yə səs veriblər.

2016-cı ilin sentyabrından AfD Almaniyanın 16 ştatının 10-da parlamentə daxil ola bilib.

2005-ci ildən bəri hakimiyyətdə olan Merkel hələ 2017-ci ildə dördüncü müddətdən ötrü mübarizə aparacağını elan etməyib.