vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SOSİAL  
09:21 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 3294 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qocalar evi sakinlərinin sayı artıb

Devalvasiya insanları doğmalarından imtinasına gətirib çıxardı

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

2015-ci il ərzində ölkədə milli valyutanın iki dəfə devalvasiyaya uğraması bütün sahələrə təsirlərini davam etdirir. Problemlər yağışdan sonra çıxan göbələklər kimi hər yerdə cücərməyə, hətta kök atmağa başlayıb. O dərəcədə ki, ahıl yaşlı ata-analarımıza, sağlamlığı məhdud balalarımızı sosial xidmət müəssisələrinə atmaq məcburiyyətində qalırıq...

Məhz statistik göstəricilər devalvasiyadan sonra bu müəssisələrə atılanların sayında artım olduğunu deməyə əsas verir.

Hazırda Azərbaycanda ahıllar və əlillər üçün sosial xidmət müəssisələrinin sayı 7-dir. Qeyd edək ki, müəssisələrin sayı 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 7 olub.

Onlarda olan yerlərin sayı 2006 və 2011-ci ildə 1012, 2012 və 2013-cü illərdə 812, 2014-cü ildə 962, 2015 və 2016-cı illərdə 1162 olub.

Modern.az saytının əldə etdiyi rəsmi məlumata görə, hazırda ahıllar və sosial xidmət sahələrində yaşayan qocaların sayı 898 nəfərdir:

«2006-cı ildə yaşayanlar 797 nəfər, 2011-ci ildə 816 nəfər, 2012-ci ildə 732 nəfər, 2013-cü ildə 740 nəfər, 2015-ci ildə 817 nəfər ahıl qocalar evində məskunlaşıb».

Göstəricilərə əsasən bildiririk ki, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün sosial xidmət müəssisələrinin sayı da 2006-cı ildən 2016-cı ilədək dəyişməyərək 2 olub.

Sosial xidmət sahələrindəki yerlərin sayı 2006 və 2011-ci illərdə 605, 2012-ci ildən etibarən azalaraq 370 olub. Sosial xidmət müəssisələrində yerlərin sayının azalmasnın təmir və yenidənqurma işləri ilə əlaqədar olduğu bildirilib.

Hazırda sosial xidmət sahələrində yaşayan uşaqların sayı 320 nəfərdir:

«2006-cı ildə 298 nəfər, 2011-ci ildə 267 nəfər, 2012-ci ildə 300 nəfər, 2013-cü ildə 310 nəfər, 2014-cü ildə 297 nəfər, 2015-ci ildə 314 nəfər uşaq xidmət müəssisələrində məskunlaşıb».