Manatın taleyi...
... yaxud, Elman Rüstəmov istefaya göndərilməməsinin ilginc səbəbi
Əkrəm HƏSƏNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AMB uçot dərəcəsini endirib
Dəyişiklik kredit faizlərinə təsir edəcəkmi?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
“Xahiş edirik ...”
Mərkəzi Bankdan xəbərdarlıq
-
Kredit faizləri niyə yüksəkdir?
Mərkəzi Bank sistemli tədbirlərinə ehtiyac var
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
Mərkəzi banka yeni sədr təyin olundu
Taleh Kazımovun dosyesi...
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
ARKM sözünü tutmur
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin qərarlarını qabaqcadan necə bilir?
-
“İlk 10-luqda olmayıblar”
Nə bazar payına, nə də aktivlərin həcminə görə ...
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Başbankirin sevmədiyi kəlmə
Elman Rüstəmov: “… sözündən az istifadə edin”
-
Xaricdən göndərilən pulda artım
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
-
Dollar hamını təzyiq altında saxlayır
Bütün dünya FED rəhbərlərinin açıqlamalarını gözləyir
-
Dollar son bir ilin maksimumunda
Bu qədəri heç görünməmişdi
-
Rüstəmov devalvasiyanı etiraf etdi?!
Baş bankir jurnalistlərə seminar keçmək istəyir, şəxsən
Ən çox verilən sual manatın taleyi ilə bağlıdır. Əksəriyyəti də qısamüddətli proqnoz maraqlandırır. Lakin bu məsələ üzrə qısamüddətli proqnoz vermək çətindir. Çünki manatın məzənnəsi inzibati yolla müəyyən olunur. Kiçik dövr çərçivəsində Mərkəzi Bank istənilən məzənnəni təyin edə bilər (özünün zərərinə olsa belə). Buna görə də ciddi proqnoz uzunmüddətli (ən azı 1 illik) ola bilər.
Uzunmüddətli perspektivdə isə manatın taleyi acınacaqlıdır. Dolların xeyli bahalaşması və yaxın ildə 2 manatdan, sonra isə yəqin ki, 3 manatdan da baha olması qaçılmazdır. Niyə? Ona görə ki, ölkənin valyuta gəlirləri azala-azala gedir və gedəcək. İstənilən əmtəə azdırsa, qiyməti bahalaşır. Deməli, ölkədə dollar azaldıqca, qiyməti də artacaq. Dollarımız isə azalır, o cümlədən valyuta ehtiyatlarımız...
Valyuta gəlirlərimiz ona görə azalır ki, neftin qiyməti ən azı artmır və böyük ehtimalla yenə düşəcək (iqtisadi əsaslarla yanaşı geosiyasi səbəblər də var). Digər tərəfdən, neft hasilatımızın da həcmi azalır. Deməli, daha az neft satırıq, özü də aşağı qiymətlə. Neft və qaz Azərbaycanın yeganə valyuta gəliri mənbəyidir. Dünya bazarında əhəmiyyətli həcmdə başqa heç nə satmırıq. Çünki qeyri-neft sektorumuz, o cümlədən kənd təsərrüfatı kifayət qədər inkişaf etməyib. Sahibkarlığın inkişafı üçün ciddi və real tədbirlər görülmür, məmurlar Prezidentin göstərişlərini yerinə yetirmir. Məhkəmə sistemi bərbad gündədir. Buna görə də sərmayə qoyub iş görmək istəyən yoxdur.
Xaricə nə isə satmağımız bir tərəfə, heç özümüzü də təmin edə bilmirik, ərzağın da böyük hissəsini idxal edirik. Təbii, neft gəlirləri hesabına. Deməli, valyuta gəlirlərimizin bir hissəsi ərzağa xərclənir.
Buna görə də manatın devalvasiyasının sonu görünmür. Görünməsi üçün indidən tədbirlər görmək lazımdır. İlk növbədə də müstəqil və obyektiv məhkəmə sistemi olmalıdır ki, sahibkarlarda əminlik hissi yaransın və yavaş-yavaş iqtisadiyyatımız dirçəlsin. «Müstəqil və obyektiv» dedikdə məhkəmələrin siyasi iradədən heç asılı olmaması ehtiva olunmur. Belə şey heç bir ölkədə yoxdur, buna inanmayın. Ən azı iqtisadi məsələlər üzrə məhkəmələr obyektiv olmalıdır, korrupsiyaya bulaşmamalıdır (məsələn, Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi).
Sıravi vətəndaşlara isə manatın devalvasiyasının bir əsas indikatorunu göstərə bilərəm: Elman Rüstəmov. Bank sistemi və milli valyuta etimada söykənən institutlardır. Bu etimad ilk növbədə Mərkəzi Bankın rəhbərinə olan etimadla ölçülür. Azərbaycanda isə Mərkəzi Bankın sədri ən nüfuzsuz məmurlardan biridir, sözünə isə heç etimad yoxdur, düz danışanda belə. Buna görə də məntiqlə çoxdan istefaya göndərilməli idi. Amma göndərilmir. Niyə? Ona görə ki, devalvasiya bitməyib. Bu «qara» işi yekunlaşdırmağı başqasına həvalə etmək isə əlverişsizdir, çünki yenisi də dərhal hörmətsiz olacaq. Buna görə də nə qədər ki, Elman müəllim vəzifəsindədir (yəni onun başı baş bankir, imzası isə manatın təminatçısı kimi görünürsə), bilin ki, devalvasiya dəqiq bitməyib (bunu hələ ötən ilin aprelində onu yenidən vəzifəsinə təsdiq edəndə demişdim). Sonrasını isə zaman göstərər...