vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
03:10 | 9 noyabr 2016 | Çərşənbə Məqaləyə 1113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Üçüncü müddət təlaşı»

Niyə demokratlar «ulaq», respublikaçılarsa «fil»i simvol seçib?

MÖVZU İLƏ ƏLAQƏLİ

Demokratlarin simvolu olan «uzunqulaq»ın az qala 200 yaşı var. Bu rəmz 1828-ci ilin prezident seçkilərindən qalmadır. Demokratların namizədi Endryu Cekson müharibə qəhrəmanıydı (Britaniya ordusu ilə 1812-ci il savaşından və aborigen əhali ilə 1-ci Seminole döyüşlərdən sonra). Onun kampaniyasının devizi «Xalqa idarə etmək imkanı verin!» idi.

Ceksonun respublikaçı rəqibləri onu populizmdə ittiham edərək «jackass» (eşşək) adlandırırdılar.

Amma Cekson nəinki bunu vecinə alır, hətta acığa uzunqulağı öz seçki kampaniyasının simvoluna çevirir.

Prezident seçiləndən sonra isə opponentləri ona «eşşək» deməkdə davam edirlər – tərs olduğunu qabartmaq üçün.


«Diri eşşək ölü şirə şıllaq atır»


Amma uzunqulağın demokratların, filinsə respublikaçıların simvoluna çevrilməsinin əsas səbəbkarı bir rəssam olub: «Harpers Weekly» jurnalının karikaturaçısı Tomas Nast.

Onun 1870-ci ildə çəkdiyi karikatura «Diri eşşək ölü şirə şıllaq atır» adlanırdı.

Eşşək müharibə əleyhidarlarının simvolu idi. Şir isə Edvin M.Stantonun.

Stanton 1861-65-ci illərdəki Vətəndaş müharibəsi zamanı respublikaçı prezident Linkolnun Müharibə üzrə Katibi idi.

Savaş zamanı demokratlardan ibarət olan və Amerikanın şimalındakı bir sıra nüfuzlu qəzetlərə sahib olan müharibə əleyhdarları cənubdakı quldar ştatların ordusu ilə sülhə çağırırdılar.

 Thomas Nast,


Rəsmdən karikaturaçının da müharibə əleyhdarlarına simpatiyasının olmadığı görünür. O, yenicə dünyasını dəyişən keçmiş Müharibə üzrə Katibə rəğbətini bu formada ifadə edir.

1871-ci ildə isə həmin rəssam çəkdiyi karikaturada ilk dəfə olaraq fili respublikaçılarla əlaqələndirir.

Bununla onlara xəbərdarlıq edir ki, başları partiyadaxili çəkişmələrə qarışdığı üçün qarşıdan gələn seçkini uduza bilərlər.

 

«Üçüncü müddət təlaşı»

 

Amma bu iki heyvanı necə deyərlər əbədi olaraq ABŞ-da ən iri iki partiyanın simvoluna çevirəcək karikaturanı Tomas Nast 1874-cü ildə çəkir.

Həmin il noyabrın 7-də sözügedən jurnalda çap edilən və «Üçüncü müddət təlaşı» adlanan karikaturada fil, şir dərisi geymiş eşşək və başqa heyvanlar təsvir edilir.

O zaman respublikaçı Ulisses S.Qrant iki dəfə prezident seçilmişdi və ehtimal vardı ki, o, üçüncü dəfə də namizədliyini irəli sürəcək.

Onda Konstitusiya hələ bunu birbaşa qadağan etmirdi, sadəcə Amerika dövlətinin banilərindən olan və ölkənin ilk prezidenti seçilmiş Corc Vaşinqton böyük nüfuzuna baxmayaraq 2 dəfədən çox prezident olmaqdan imtina etmiş, bu ondan sonra bir ənənəyə çevrilmişdi.

Qrantın üçüncü dəfə seçilmək ehtimalı demokratlar tərəfindən qəzəblə qarşılanmışdı.

Onlar bildirdilər ki, bu, demokratiyaya zərbə olacaq və ölkədə imperiyaçılığa – «sezarizm»ə aparıb çıxaracaq.

Karikaturada şir dərisi geymiş uzunqulaq demokratların rəmzidir. Həmin eşşəyin üzərinə «sezarizm» yazılıb.

Həmin eşşək meşədəki bütün heyvanları qorxudub pərən-pərən salır.

Rəssam demək istəyir ki, demokratlar cəmiyyətə «Üçüncü müddət panikası» yaşadırlar.

Rəsmdə üzərində «The Republican vote» yazılan fil də hürkür.

Bu da respublikaçılar partiyasının öz daxilində də Qrantın üçüncü müddətə seçilməsi ilə bağlı fikir ayrılıqları olmasına işarədir.

(Yekunda partiya özü də Qrantın üçüncü müddətə namizədlik istəyinə «yox» demişdi).

Nast sonralar da fil təsvirindən respublikaçıları rəmzləşdirmək üçün istifadə etməkdə davam etdi.

Bir müddət sonra isə respublikaçılar və demokratlar müvafiq olaraq fil və uzunqulağı rəsmən simvol kimi qəbul etdilər.