Trampın qələbə nitqi
«Biz ədavət deyil, ümumi maraqlar, münaqişə deyil, tərəfdaşlıq arayırıq»
Vox (ABŞ), 09.11.2016
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
Təşəkkürlər! Hər birinizə böyük təşəkkürlər. Bağışlayın ki, sizi gözləməyə məcbur etdim. Məsələ olduqca, son dərəcə mürəkkəbdir. Sizə böyük təşəkkürlər.
Dövlət katibi Klinton indicə mənə zəng etmişdi. O, bizi təbrik etdi. Söhbət bizdən gedir. Bizim qələbəmizdən. Mən də onu və ailəsini dedikcə sərt mübarizə ilə müşayiət olunan kampaniyaya görə təbrik etdim. O, var qüvvəsilə mücadilə apardı. Hillari uzun müddət ərzində inadla, çətinliklə zəhmətə qatlaşdı və hamımız ölkəmizə xidmətə görə, ona təşəkkür etməliyik.
Mən tam səmimi danışıram. İndi Amerikanın nifaq yaralarını sarımağın zamanı yetişib, bir yerə toplanmağın vaxtıdır. Bütün respublikaçılara, demokratlara və müstəqillərə deyirəm ki, birləşmək və vahid xalq olmağın vaxtı çatıb.
Vaxtdır. Ölkəmizin bütün vətəndaşlarına vəd edirəm ki, bütün amerikalıların prezidenti olacağam və bu, mənim üçün çox önəmlidir. Keçmişdə məni dəstəkləməyənlərə – belələri isə çox azdır – məsləhət və yardım üçün xahiş edirəm ki, birgə işləyə bilək və böyük ölkəmizi birləşdirək.
Lap əvvəldən söylədiyim kimi, bizim kampaniyamız deyil, ağlasığmaz, böyük, özü və ailəsi üçün daha işıqlı gələcək arzulayan, ağır şəraitdə işləyən milyonlarla kişi və qadını birləşdirən hərəkat var idi. Bu hərəkat bütün irq, etiqad, mənşə və baxışların amerikalılarından ibarətdir. Onlar gözləyirlər ki, hökumət xalqa xidmət edəcək və bu olacaq.
Biz birlikdə işləyərək millətin bərpası və Amerika arzusunun yenilənməsi kimi təcili vəzifəni həll etməyə başlayacağıq. Layihələrdə və bütün dünyadakı insanlarda kəşf edilməmiş potensial axtarmaqla bütün ömrümü biznesdə keçirmişəm. İndi bunu ölkəmiz üçün etmək istəyirəm. Nəhəng potensialdır. Mən ölkəmizi çox yaxşı tanıdım. Nəhəng potensialdır. Bu, son dərəcə gözəl olacaq. Hər bir amerikalı kişi və qadın öz potensialını tam gerçəkləşdirmək imkanı əldə edəcək. Ölkəmizin unudulmuş kişi və qadınları daha tərk edilmiş olmayacaqlar.
Daxili şəhərlərimizi sahmana salacaq və yol, körpü, aeroport, məktəb və xəstəxanalar inşa edəcəyik. İnfrastrukturumuzu sazlayıb dünyada ən yaxşı infrastruktur edəcəyik. Yeri gəlmişkən, milyonlarla adam da bunun üzərində işləyəcək.
Nəhayət, bu on səkkiz ay ərzində ölkəmizə nə qədər sadiq olduqlarını öyrəndiyim görkəmli veteranlarımızn qayğısına qalacağıq. Kampaniya zamanı onlarla vaxt keçirmək mənim üçün çox böyük şərəf idi. Veteranlarımız valehedici insanlardır.
Biz milli yenilənmə və yüksəliş layihəsini işə salacağıq. Xalqımızın yaradıcı istedadlarını işə cəlb edəcəyəm və yaxşıların ən yaxşılarını əzəmətli bacarıqlarını ümumi rifah üçün istifadə etməyə çağırıram. Bu, baş verəcək.
Bizim böyük iqtisadi planımız var. İnkişaf tempini ikiqat artıracaq və dünyada ən güclü iqtisadiyyat yaradacağıq.
Eyni zamanda bizimlə sülh içində yaşamaq istəyən ölkələrlə sülh içində yaşayacağıq. Bu cür olacaq. Bizim gözəl münasibətlərimiz olacaq. Biz çox gözəl, möcüzəli münasibətlər gözləyirik. Olduqca böyük arzu və olduqca çətin vəzifələr olmur. Gələcəyimiz üçün istədiyimiz hər şey əlçatandır. Amerika yalnız ən yaxşısını qəbul edəcək. Ölkəmizin taleyini bərpa etməli və böyük, ötkəm və cəsur mətləblər haqda xəyal etməliyik. Bunu etməyə borcluyuq. Ölkəmiz üçün cürbəcür, çox gözəl və uğurlu nəsnələr arzusunda olmalıyıq.
Dünya birliyinə demək istəyirəm ki, Amerika maraqlarını birinci yerə qoymaqla hamı, hamı ilə düzgün davranacağıq.
Bütün ölkələrə və bütün xalqlara. Biz ədavət deyil, ümumi maraqlar, münaqişə deyil, tərəfdaşlıq arayırıq.
Və indi tarixi qələbə adlandırılan hadisəyə yetişməkdə mənə kömək edənlərin bəzilərinə təşəkkür etmək istəyirəm.
***
Uşaqlar, qubernator Kris Kristi inanılmaz idi. Sağ ol, Kris. Birinci adam, birinci qubernator, birinci böyük siyasətçi – icazə verin deyim ki, Vaşinqtonda ona dedikcə sayğı göstərirlər, çünki çox ağıllıdır.
Senator Ceff. Haradadır Ceff? Böyük adamdır. Daha bir böyük adam, son dərəcə sərt döyüşçüdür. Onlarla asan deyildi, çətin idi. Bəs bu kimdir? Orada görünən mer deyildimi? Bu Rudidir? Bura, yuxarı. Mənim həqiqi dostumdur, amma sizə deyim ki, onu döyüşçü kimi tanıyıram, çünki demokratlara qarşı danışıqlar aparanlardan birincisiydi. Doktor Ben Karsons. O haradadır? Ben haradadır?
Yeri gəlmişkən, Mayk Hakkabi də hardasa buradadır və o, sadəcə, fantastik adamdır. Maykl tanışı Saranı gətirib, çox sağ olun. General Maykl Flinn. Və general Kelloq. 200-dən çox general və admiral kampaniyamıza dəstək verib və onlar özəl insanlardır. Konqresin Şərəf medalına layiq görülmüş 22 nəfər bizimlədir. Hələ tanış olmadan reportajlarını oxuduğum nadir insandır, inanın. Onunla heç bir pis saniyə də keçirməmişəm. O, valehedici ulduzdur. O… düzdür, necə sezdiniz? İcazə verin, sizə Rinsdən danışım. Mən Rins dedim. Bilirəm. Bilirəm. Bütün bu adamlara baxın. Bilirəm, Rins superulduzdur. Mən dedim ki, biz qalib gəlməsək, Rinsə superulduz demək olmaz. Katiblik kimi.
Rins əsil ulduzdur və ən çalışqan və ağır şəkildə işləyən adamlardan biridir və bunu qismən mən etmişəm. Rins, bura gəl, bura çıx, Rins.
İlahi, bunu düzgün etməyi öyrənməyinin vaxtıdır… Ya Rəbbim… Xeyr, bura gəl. Nəsə de.
(Rins Pribas: Xanımlar və cənablar, ABŞ-ın növbəti prezidenti Donald Tramp! Təşəkkür! Bu, şərəf idi. Allah razı olsun!)
Məftunedici oğlandır. Respublikaçıların milli qurultayı ilə əməkdaşlığımız bu qələbədə və gördüyümüz işlərdə çox mühüm rol oynadı və deməliyəm ki, bəzi valehedici insanları tanıdım. Məxfi Xidmətin əməkdaşları. Onlar sərt, ağıllı, bəsirətlidir və düzünü deyim ki, mən onlarla calaşmazdım. Mən böyük bir insan dəstəsinə yaxınlaşıb onlara əl etmək istərkən onlar məni aşağı dartıb oturacağa əyləşdirdilər. Amma fantastik adamlardır və Məxfi Xidmətə təşəkkür etmək istəyirəm.
Nyu-Yorkun hüquq-mühafizə orqanları. Onlar bu gün buradadırlar. Bunlar əla adamlardır, lakin təəssüf ki, bəzən onları yetərincə qiymətləndirmirlər. Onlara dəyər verməyə borcluyuq. Deyirlər ki, bu, tarixi hadisədir, ancaq bunu həqiqətən tarixi hadisə etmək üçün çox böyük işlər görməliyik və söz verirəm ki, sizi pis vəziyyətə salmayacağam. Biz böyük işlər görəcəyik. Biz böyük işlər görəcəyik. Və sizin prezidentiniz olmaqla xeyli uzağa baxıram və ümid edirəm ki, iki, üç, dörd və hətta səkkiz ildən sonra deyəsiniz ki, əksəriyyətiniz bizimlə bizim üçün elə möhkəm işləyibsiniz və deyəsiniz ki, bununla fəxr edirsiniz. Sizə böyük təşəkkürlər.
Və deyə bilərəm ki, kampaniya başa çatsa da, hərəkatımızın işi indi-indi başlanır. Biz yubanmadan Amerika xalqının xatirinə işləməyə başlayırıq. Biz işləyəcəyik və ümid edirəm ki, öz prezidentinizlə fəxr edəcəksiniz. Çox fəxr edəcəksiniz. Və bu, mənim üçün şərəfdir!
Bu, sarsıdıcı hadisədir. Bu iki il ağlasığmaz idi. Mən bu ölkəni sevirəm. Sağ olun.
Böyük təşəkkürlər. Sağ ol, Mayk Pens.