vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
23:25 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 931 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

100 günün planı

Donald Tramp görəcəyi işləri açıqlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-a yeni prezident seçilən Donald Tramp ilk 100 günü ərzində görəcəyi işlərə aydınlıq gətirib. O, 3 kateqoriyanı nəzərdə tutan korrupsiya ilə mübarizə, işçilərin müdafiəsi və təhlükəsizlik və qanunun konstitusion qaydalarına dair planını açıqlayıb.

Vaşinqtonun «təmizlənməsi»

 

  • Konqresmenlərin iki dəfədən artıq seçilməsini qadağan etmək üçün ölkə Konstitusiyasına müvafiq dəyişiklik layihəsi ilə çıxış etmək;
  • Dövlət büdcəsindən maliyyələşən orqanlara (müdafiə, ictimai təhlükəsizlik və səhiyyə sahələri istisna olmaqla) yeni işçilərin qəbulunu dayandırmaq;
  • Hər yeni federal qayda əvəzində iki köhnə qaydanın ləğvini tələb etmək;
  • Ağ Evin və Konqresin istefaya çıxan əməkdaşlarının beş il ərzində lobbiçilik fəaliyyəti ilə məşğul olmasına qadağa qoymaq;
  • Ağ Evin əməkdaşlarının başqa dövlətlərin maraqları üçün lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına ömürlük qadağa qoymaq;
  • Amerikanın seçki kampaniyalarına xarici lobbi qruplarından hər hansı maliyyə vəsaiti qəbulunu tam yasaqlamaq.
  • NAFTA müqaviləsinə (Kanada, ABŞ və Meksika arasında azad ticarət sazişi) yenidən baxmaq, yaxud müqavilədən ümumiyyətlə çıxmaq planını elan etmək;
  • Amerikanın Sakit Okean Tərəfdaşlığından (Asiya-Sakit okean regionunun 12 ölkəsi arasında azad ticarət haqqında Obama-nın imzaladığı TPP sazişi) çıxdığını elan etmək;
  • Maliyyə Nazirliyinə Çini «valyuta manipulyatoru» elan etməyi tapşırmaq;
  • Ticarət Nazirliyinə ölkənin beynəlxalq ticarətində amerikalı işçilərin maraqlarına xələl gətirən bütün halları üzə çıxarıb, onları dərhal aradan qaldırmaq üçün tapşırıq vermək;
  • Enerji resurslarının (o cümlədən şist qazı, neft, təbii qaz və təmiz kömür) işlənilməsi layihələrinin ümumi məbləğinə qoyulmuş 50 trilyon dollarlıq məhdudiyyəti götürməklə yeni iş yerləri açmaq;
  • Obama-Klinton cütlüyünün nəhəng infrastruktur layihələrinə, o cümlədən Keystone neft kəmərinin (ABŞ və Kanada arasında iri neft kəməri) tikintisinə qoyduğu məhdudiyyəti ləğv etmək;
  • BMT-nin iqlim dəyişikliyi proqramlarına çoxmilyardlıq ödənişləri dayandıraraq, əvəzində həmin vəsaiti Amerikanın ətraf mühit və su infrastrukturu layihələrinə xərcləmək.

 

Təhlükəsizliyin və hüququn aliliyinin təmin olunması

 

  • Barak Obamanın bütün qeyri-konstitusion aktlarını ləğv etmək;
  • Qeyri-leqal miqrantların təqib olunmadığı və sərbəst yaşadığı şəhərlərin (Nyu York, Vaşinqton, Çikaqo, San Xose və s.) federal büdcədən maliyyələşdirilməsini tam dayandırmaq;
  • Qanun pozuntusuna yol vermiş 2 milyondan artıq miqrantın ölkədən çıxarılmasına başlamaq və onların qəbulundan imtina edən ölkələrin vətəndaşlarına yeni viza verməmək;
  • Terrorçuların nüfuz etdiyi regionlardan miqrant qəbulunu dayandırmaq, ölkəyə gələn bütün şəxslərin ciddi yoxlamadan keçirilməsini təmin etmək.

 

Yeni qanunlarla bağlı ideyalar

 

  • Biznes üçün vergini 35 faizdən 15 faizə endirmək;
  • İş yerlərinin xaricə axınının qarşısını alacaq qanun qəbul etmək;
  • Obama-nın apardığı səhiyyə islahatını (Obamacare) ləğv etmək;
  • Təhsil sistemini dəyişdirərək, valideynlərin öz uşaqlarını istənilən məktəbə göndərməsinə imkan yaratmaq;
  • Uşaq bağçalarına və ahıllara qulluğa pul xərcləyən ailələrə vergi güzəştləri müəyyənləşdirmək, işəgötürənləri işçilərinə iş vaxtı uşağa baxmasına imkan yaratmağa həvəsləndirmək;
  • Meksikanın vəsaiti hesabına bu ölkə ilə sərhəddə divar hörmək, deportasiya olunduqdan sonra ABŞ-a təkrar qanunsuz giriş edənlərin, eləcə də ölkədəqalma müddətini ötürmüş şəxslərin cəzalarını sərtləşdirmək.