vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
23:47 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 1175 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

NATO-nun sammiti ertələndi

Alyans yeni prezidentə vaxt verməyi düşünür

MÖVZU İLƏ ƏLAQƏLİ

Şimali Atlantika Alyansı (NATO) Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə əlaqədar NATO-nun dövlət və hökumət başçılarının gələn ilin əvvəlində Brüsseldə keçiriləcək sammitinin tarixinin 2017-ci ilin yayına qədər təxirə salınması barədə qərar qəbul edib. Bu barədə noyabrın 12-də «Der Spiegel» nəşri məlumat verib.

Məlumatda qeyd edildiyi kimi, alyans rəhbərliyi NATO-ya münasibətdə siyasətini müəyyənləşdirmək üçün ABŞ-ın yeni seçilmiş Prezidentinə daha çox vaxt verməyi qərara alıb. Qurumda hesab edirlər ki, Ağ Evin rəhbəri andiçmə mərasimindən cəmi bir neçə gün sonra sammitə sadəcə gəlməyə bilər.

Seçkiqabağı kampaniyası zamanı NATO-nu «lazımsız təşkilat» adlandırmış D.Trampın seçilməsi alyansda ciddi narahatlığa səbəb olub. «Der Spiegel» yazır ki, NATO-nun başçısı Yens Stoltenberqin qərargahı ABŞ-ın gələcək siyasətinin bir sıra mümkün ssenarisini hazırlayıb. Məsələn, Tramp Şərqi Avropada ABŞ əsgərlərinin rotasiya edilməsi ilə bağlı razılaşmadan imtina edə bilər. İkinci variant Avropada ABŞ əsgərləri kontingentinin azaldılmasını nəzərdə tutur. Ən məqbul ssenari isə ABŞ Prezidentinin avropalıların öz təhlükəsizlik xərclərini artırmalarına ciddi şəkildə israr etməsi sayılır.