Bahalaşmanın nəhs üzü
Ərzaq məhsullarının qiyməti 13,4 faiz artıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Getsinlər qonşu Gürcüstana baxsınlar”
Hotellərin gəliri də artıb, müştəriləri də, amma…
-
Daha çox ərzaq bahalaşıb
Azərbaycanda inflyasiyanın həddi açıqlandı
-
Trafik canavarı “zirvə”də - 342
Ən çox zərərçəkənlər kişilərdir
-
2 aya 10 milyona çatacaq
DSK sədri belə deyir
-
Qaz hasilatında sıçrayış
26,4 faiz, yaxud ...
-
Ötən il nə qədər meyvə yığılıb?
Meşə təsərrüfatının illik statistikası açıqlandı
-
Bakı əhalisinin sayı ...
Rəsmi statistika yayıldı
-
Boşanmalarla bağlı dəhşətli statistika
... Yaxud itirilən dəyərlər, “Whatsapp”, “Facebook” xəyanəti...
-
Ərəblər artıb, iranlılar azalıb
Azərbaycana gələn əcnəbilərin maraqlı statistikası
-
Dövlət büdcəsi kəsri 700 milyon manatı ötüb
Əhali isə bu il banklara bu məbləğdən bir qədər artıq məbləğdə faiz ödəyib
-
Orta aylıq əmək haqqında artım varmış
Muzdla çalışan işçilərin maaşındakı fərq 6 faizmiş
-
Nəhs infilyasiya
İllik qiymət bahalaşması açıqlandı
-
Əcnəbi tələbə 3370 nəfərə çatıb
Azərbaycanda təhsil alan xaricilərin sayı artır
-
«Hökumət bahalaşma ilə ciddi mübarizəyə başlamalıdır»
Millət vəkili: «Qiymət artımları ilə bağlı analiz aparılmalı, səbəblər müəyyənləşdirilməli və tədbirlər görülməlidir»
-
Azərbaycan qadınları daha uzunömürlüdür?
100-ü keçən ağbirçəklərin sayı ağsaqqallardan 6 dəfə çoxdur
-
Boşanmaların ən çox baş verdiyi rayonlar...
Ayrılmalar nikahların sayının 24,5 faizini təşkil edir
Dövlət Statistika Komitəsi (DSK) 2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. Vaxt.az xəbər verir ki. Komitənin məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 49223,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,7 faiz az ümumi daxili məhsul Ümumi Daxili Məhsul (ÜDM) istehsal edilib. Azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə 27,4 faiz azalması olub.
Əhalinin hər nəfərinə düşən ÜDM 5111,6 manata bərabər olub.
Mədənçıxarma sektorunda neft hasilatı 0,8 faiz, əmtəəlik qaz hasilatı isə 5,0 faiz azalıb.
2016-cı ilin yanvar-oktyabr aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,4 faiz artıb.
2016-cı ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 490,5 manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 12103,9 milyon manat vəsait daxil olub, büdcədən 12468,2 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 364,3 milyon manatlıq kəsir ümumi daxili məhsulun 0,7 faizi səviyyəsində olub.
2016-cı ilin oktyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16785,1 milyon manat təşkil edib, onun 13173,7 milyon manatı uzunmüddətli kreditlər olub. Kredit portfeli 2015-ci il oktyabr ayının 1-i ilə müqayisədə 12,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il oktyabr ayının 1-nə 7813,9 milyon manat təşkil edib.