vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
RƏY, REPLİKA  
16:26 | 17 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2447 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan hərbi baza oldu»

«Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhə yaranıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Artıq bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu».

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Rusiya prezidentinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun yaradılması haqqında sazişi təsdiqləməsi və sazişin ratifikasiya üçün Rusiya Dövlət Dumasına göndərilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, «bundan sonra Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhələr yaranıb».

«İndiyə qədər Ermənistanın bütün strateji istiqamətləri, o cümlədən, iqtisadiyyatı, nəqliyyatı, hərbi hava qüvvələri Rusiyanın əlində idi. Ermənistan bu sazişdən sonra müstəqilliyini tamamilə itirərək Rusiyanın hərbi bazasına çevrilmiş oldu», - deyə Asim Mollazadə əlavə edib.