vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
13:52 | 18 noyabr 2016 | Cümə Məqaləyə 3833 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əliyev Trampa ümidlidir

Azərbaycan prezidenti son iki gündə iki dəfə yeni həmkarı barədə söhbət açıb

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Barak Obamanın 8 illik prezidentlik dövründə ABŞ-Azərbaycan münasibətləri istənilən səviyyədə inkişaf etmədi. Vaşinqton Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində təşəbbüsü Rusiyaya təhvil verdi, rəsmi Bakı isə Dövlət Departamentinin diqqəti insan haqları və demokratiya məsələlərinə yönətlməsindən narazı qalaraq Azərbaycanda Amerikaya bağlı fondları qapatdı.

Barak Obama gedir. Ona görə də bugünlərdə Bakıya gələcək ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinksin səfərinin elə bir əhəmiyyəti yoxdur. Barak Obama administrasiyası 8 ildə Azərbaycanla münasibətlərdə gərəkən məsafəni qət edə bilmədisə, Ağ Evi tərk etməli olduğu 2 ayda münasibətlərdə nə dəyişə bilər ki? Ona görə də digər paytaxtlar kimi rəsmi Bakı da Donald Trampın prezidentliyini gözləyir.

Son iki gündə Azərbaycan prezidenti İlham Əliyev bu və ya digər şəkildə iki dəfə Donald Tramp mövzusuna toxunub.

Birincisi, İlham Əliyev Donald Trampa zəng edərək onu prezident seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

İkincisi, İlham Əliyev xarici jurnalistlərdən birinin sualına cavab verərkən, Donald Tramp haqqında müsbət fikirdə olduğunu deyib.

Donald Tramp prezident seçildikdən sonra çox az dövlət başçısı ilə telefonla danışıb və bunlardan biri İlham Əliyevdir. Demək, münasibətlərin gələcək inkişafı üçün artıq indidən möhkəm zəmin formalaşıb. Telefon danışığında Trampın İlham Əliyevə ünvanlanmış bu sözləri də diqqəti çəkib: «Sizin haqqınızda çox xoş sözlər eşitmişəm». Ayrıca, Tramp İlham Əliyevdən Azərbaycan xalqına salamlarını və ən xoş arzularını çatdırmağı da xahiş edib.

Donald Tramp İlham Əliyev haqqında xoş sözləri müxtəlif şəxslərdən eşidə bilərdi. Tramp biznesmen kimi bir neçə dəfə Moskvada olub. O, Moskvada daha çox Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovla və onun oğlu Emin Ağalarovla sıx təmasda olub, qızı İvanka və oğulları indi də Eminlə email vasitəsilə yazışırlar. İvanka Bakıda olub, «Trump Tower» binasının tikintisi ilə tanış olub. Yəni Trampın qızı da Bakıdan kifayət qədər məlumatlı ölkəsinə qayıda bilərdi.

Beləliklə, Azərbaycan Trampın prezidentliyinə hazırlaşır. Azərbaycanın Trampdan ən böyük gözləntisi həmsədr olaraq Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığı artırmaqdır. Barak Obama prezident olduğu 8 ildə Azərbaycan prezidentini Ağ Evə dəvət etmədi. Rəsmi Bakı Trampdan bu buzu da sındırmasını gözləyir. Çünki, əvvəlki prezidentlər – Bill Klinton və Corc Buş Azərbaycan prezidentlərini Ağ Evə dəvət etmişdilər. O ki qaldı, Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasına Tramp administrasiyası Obama administrasiyasının siyasətini davam etdirəcək, bu məsələdə rəsmi Bakıya dəstəyini davam etdirəcək.

Ancaq Tramp administrasiyasının da rəsmi Bakıdan istəkləri olacaq. Məncə, bu mənada rəsmi Bakı Amerika fondlarının və qeyri-hökumət təşkilatlarının, o cümlədən Konqresin maliyyələşdirdiyi «Azadlıq» radiosunun fəaliyyətinə qoyduğu qadağanı ortadan qaldırarsa bu yeni Vaşinqton administrasiyasın müsbət işarə olar.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)