Güzəranın gerçək minimumu
1 uşaqlı ailənin 1 aylıq yaşaması üçün 767 manat lazımdır
Qubad İBADOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sonuncu xəbərdarlıq
AQTA narazıdır
-
Ət idxalı kəskin artıb
Səbəb “pambıq”dır, yoxsa gömrük?
-
34 ton ölkəyə buraxılmadı
Azərbaycana idxal dərhal dayandırıldı
-
Sallaqxanalar ləğv edilir
Prezident tapşırıq verdi, polis nəzarət edəcək
-
Ət ucuzlaşdı
Quzu ətinin qiyməti daha da enə bilər
-
«Təkcə meyvə-tərəvəzin deyil, ətin də dadı dəyişib»
GMO məhsulların Azərbaycana gətirdiyi təhlükə
-
Uşaqların gözü qarşısında baş kəsənlər kimdir?
Hər gün qanlı mənzərəni izləyən azyaşlılar psixi sarsıntı yaşayır
-
Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsulları ixrac edir
Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var
-
Ətin qiyməti niyə bahalaşır?
«Heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan deyil»
-
Ətin bahalaşma səbəbləri
Qiymətlərdə 1 - 1,50 manat artım var
-
Deputat hiddətləndi
«Əhaliyə at-eşşək əti yedizdirən oğru «işbazlara» cinayət işi açılmalıdır!»
-
Ət ucuzlaşır
Bir manat düşən qiymətin yaxın günlərdə daha da enəcəyi deyilir
-
Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək?
Restoranlardan at-eşşək əti ilə bağlı açıqlama
-
... 13 min mal-qara, 42.5 min qoyun
Ətin bahalaşmasının səbəbi rəsmən açıqlandı...
-
Ət sürətlə bahalaşır, heyvan qıtlaşır...
«Bərdədən gətirdiyim 100 qoyunun 5-ni satmışam…»
-
Ət niyə durmadan bahalaşır?
Azərbaycanlılar normadakı qədər ət yeyə bilmirlər
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) yaşayış minimumunun gerçək dəyərini hesablayıb. Alternativ hesablamalara görə, oktyabr ayında yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub.
2017-ci il yanvarın 1-dən yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən ediləcək. Rəsmi rəqəmlərin reallığını yoxlamaq üçün İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi» nə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə yaşayış minimumunun dəyəri hesablanıb. İTM ekspertlərinin cari ilin oktyabr ayına olan qiymətlər əsasında apardığı alternativ hesablamalar görə, yaşayış minimumunun dəyəri əmək qabiliyyətli əhali üçün 253,4 manat, pensiyaçılar üçün 199,9 manat, uşaqlar üçün 259,9 manat olub. Göründüyü kimi, ötən aya olan ən aşağı yaşayış həddinin gerçək dəyəri növbəti il üçün müəyyənləşdirilən rəsmi dəyərindən - əmək qabiliyyətli əhali qrupu üzrə 88,9 manat və 35,1 faiz çox, pensiyaçılar qrupu üzrə 69,7 manat və ya 34,9 faiz, uşaqlar üçün 123,3 manat və ya 47,5 faiz - çoxdur . Hesablamalar arasında daha böyük kənarlaşma, 2 dəfəyə yaxın fərq uşaqlar üçün yaşayış minimumun dəyərində qeydə alınıb. Uşaqlar üçün yaşayış minimumunun dəyərinin yuxarı olmasının başlıca səbəbi Azərbaycanda uşaqlar üçün qida və geyim məhsullarının baha olması ilə izah olunur.
Eyni zamanda, İTM tərəfindən aparılan gerçək hesablamalar göstərib ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhali üçün ən aşağı yaşayış həddinin dəyərində payı 58 faiz, pensiyaçılar üçün bu həddin 67 faiz, uşaqlar üçünsə 61 faiz təşkil edib. Göründüyü kimi, ərzaq xərcləri pensiyaçıların yaşayış minimumunun dəyərində daha çox paya malikdir.