vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
19:11 | 22 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2295 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Parisdə qətərli qadınları qarət etdilər

İki nəfərdən 5 milyon avro oğurladılar

MÖVZU İLƏ ƏLAQƏLİ

Parisin şimalında yerləşən avtomobil yolunda maskalı kişilər iki qətərli qadın və onların sürücüsünü qarət edərək onlardan 5 milyon avro dəyərində qiymətli əşyalar götürüb, polis mənbələri deyir.

İki bacı bazar ertəsi axşamı «Le Bourget» aeroportundan «Bentley» avtomobilində yola düşdükdən sonra onların avtomobili məcbürən yoldan kənarlaşdırılıb və üzlərinə gözyaşardıcı qaz püskürdülüb.

Polis AFP xəbər agentliyinə deyib ki, «avtomobildə olan hər bir əşyanı - cavahiratları, paltarları və çemodanları» götürüblər.

İki il əvvəl bir Səudiyyə şahzadəsi də bu yoldan keçərkən soyulub. Bununla belə, «Le Bourget» özünü «Avropanın lüks biznes aeroportu» adlandırır.

 

Yeni kameralar

 

Fransız rəqəmsal televiziya kanalı BFM TV-yə xəbər verən mənbənin dediklərinə görə, qadınların avtomobili yanacaq doldurma stansiyasının yaxınlığında məcburən dayandırılıb.

Avtomobil yolunun qarət baş vermiş hissəsi lüks avtomobilləri və ya tıxacda dayanmış varlı görünüşlü əcnəbiləri hədəfləyən cinayətkarlar tərəfindən istifadə edilir:

Keçən ilin aprel ayında üç nəfər şərqi asiyalı, incəsənət kollektorunun mindiyi taksinin şüşəsini qıraraq 4 milyon avro dəyərində cavahirat qarət edib.

2014-cü ilin avqust ayında silahli adamlar «Le Bourget» aeroportuna gedən Səudiyyə şahzadəsinin avtomobil karvanına hücum edərək ondan 250,000 avro qarət edib.

Keçən ay ABŞ-ın porno ulduzu Kim Kardaşyan Parisin mərkəzində yerləşən dəbdəbəli iqamətgahında silahlı adamlar tərəfindən saxlanılaraq dəyəri altı milyon avro daş-qaşı qarət olunub.

Bu ayın əvvəli Fransız hökuməti turizm sənayesinə əlavə yatırım edəcəyini və paytaxtın oğrular tərəfindən hədəflənən ərazilərində əlavə nəzarət kameraları quracağını vəd edib.