«Dükanı bağladım...»
Qəssab Həsənin sonuncu mesajı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Sonuncu xəbərdarlıq
AQTA narazıdır
-
Ət idxalı kəskin artıb
Səbəb “pambıq”dır, yoxsa gömrük?
-
34 ton ölkəyə buraxılmadı
Azərbaycana idxal dərhal dayandırıldı
-
Sallaqxanalar ləğv edilir
Prezident tapşırıq verdi, polis nəzarət edəcək
-
Ət ucuzlaşdı
Quzu ətinin qiyməti daha da enə bilər
-
«Təkcə meyvə-tərəvəzin deyil, ətin də dadı dəyişib»
GMO məhsulların Azərbaycana gətirdiyi təhlükə
-
Aran Qarabağ silkələndi
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
-
Uşaqların gözü qarşısında baş kəsənlər kimdir?
Hər gün qanlı mənzərəni izləyən azyaşlılar psixi sarsıntı yaşayır
-
Azərbaycan ərəb ölkələrinə kənd təsərrüfatı məhsulları ixrac edir
Ətdə 384, süd, yumurta və balda isə 489 faiz artım var
-
«Şəhərin illərlə yığılıb qalmış problemləri var»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
-
Ətin qiyməti niyə bahalaşır?
«Heyvandarlıq sahəsində vəziyyətin ürəkaçan deyil»
-
Ətin bahalaşma səbəbləri
Qiymətlərdə 1 - 1,50 manat artım var
-
Deputat hiddətləndi
«Əhaliyə at-eşşək əti yedizdirən oğru «işbazlara» cinayət işi açılmalıdır!»
-
Ət ucuzlaşır
Bir manat düşən qiymətin yaxın günlərdə daha da enəcəyi deyilir
-
Şadlıq evləri kolbasa və lüləkababdan imtina edəcək?
Restoranlardan at-eşşək əti ilə bağlı açıqlama
-
... 13 min mal-qara, 42.5 min qoyun
Ətin bahalaşmasının səbəbi rəsmən açıqlandı...
«İki ət dükanım var. Heyvanı birbaşa Bərdənin heyvan bazarından alıram. Bu dəfə əliboş qayıtdım». Bunu Sumqayıtda qəssablıqla məşğul olan, müştərilərinin «Qəssab Həsən» kimi tanıdıqları Həsən Canıyev deyir.
Onun dediyinə görə, son 10 gündə ticarəti «ölüb». Səbəbsə daimi müştərisi olduğu heyvan bazarında qiymətlərin az qala ikiqat artmasıdır:«100 kilo təmiz əti çıxan heyvanı 500 manata alırdım, indi 850-900 manata olub. Baxırsan ki, istər iribuynuzlu, istər xırdabuynuzlu heyvan elə əvvəlki qədər çoxdur. Ancaq qiymət çox bahadır. Ora alıcılar Bakıdan, Sumqayıtdan, başqa rayonlardan gəlirlər, qiymətləri eşidib qaçırlar. Sonuncu dəfə gedəndə bazarda əməlli-başlı müştəri qıtlığı gördüm».
Sonuncu dəfə 86 kiloluq dananı 870 manata alıb. Deyir, haqq-hesab edəndə, kilosu ona 8 manat 70 qəpikdən də baha düşür. Bir dərdi də indiyədək başına yığdığı müştəriləridir. Ət alanlar yarıbayarı azalıb: «Gətirdim kəsdim, kilosunu 9 manatdan satışa çıxartdım. Müştərilər qaçdı. Üstəlik də dedilər, «sən də bahalaşmadan yararlanıb ətin qiymətini qaldırırsan«. Gəl indi müştəriyə xırdala ki, qoyduğum qiymət bu dananı Bərdə bazarından daşıyıb gətirib satmağın heç yolpulu da eləmir. Hələ mən bunun vergisini, baytarlığın, ‘sanepidemstansiya’nın, sahə müvəkkilinin, fövqəladə hallarının, işıq idarəsinin, əlində kitab-dəftərlə hər gün qapıda peyda olanların xərcini demirəm... Bax, vəziyyət budur».
Bərdənin heyvan bazarı yalnız həftənin cümə günləri işləyir. Bərdəylə yanaşı Ağdam, Yevlax, Ağcabədi, Beyləqan, Tərtər və başqa rayonlardan da mal-heyvan gətirib satırlar. Müştərilərsə, əsasən, Bakıdan, Sumqayıtdan, Gəncədən və başqa şəhərlərdən olur.
Qəssab Həsənin daimi müştərisi olduğu satıcı İsa Bədəlov deyir, heyvanlar bazara, adətən, gecəyarıdan çıxarılır. İndiyədək onun gecəyarı bazara çıxardığı iribuynuzlu heyvanlara səhərədək müştəri çıxırmış: «Ağlım kəsəndən heyvandarlıqla məşğul oluram. Hava işıqlananda artıq mal-qaramı satıb evimə qayıdırdım. İki cümədir ki, danaları necə aparıramsa, eləcə qabağıma qatıb geri qaytarıram. Müştəri deyir, «qiyməti qaldırma». Yemin qiyməti ilyarımda 2 manatdan 4 manat 50 qəpiyə qalxıb. Keçən həftəyə qədər 4 manata aldığım yem indi 4 manat 50 qəpiyə satılır. Qiymətlər həftəylə, günlə yox, saatla qalxır. Mal-qara saxlamaq asan gəlməsin. Bu danadır, gündə bir qab yeyib geri çəkilmir, gərək gün boyu yemini kəsməyəsən. Mən bu dananı neçəyə satım ki, onun saxlanmasına xərclədiyim pulu çıxarım? İkinci həftədir alver yoxdur, bizimsə dolanışığımız mal-qara satmaqdan çıxır. Mən də istəyərəm ki, malımı satım, dolanışığım olsun».
Günün sonunda qəssab Həsəndən sonuncu mesaj gəlib: «Dükanı bağladım».
Qəssab Həsən bundan sonra nə işlə məşğul olacağını bilmir...