Silahlanmaya hansı ölkə daha çox pul xərcləyir?
Rusiya hərbi xərclərdə dünya üzrə ilk beşlikdən çıxıb
Gerrik PONSE, «Le Point» (Fransa)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
Murdar ənənənin davamçısı
Filosof və səlibçi liderin yeni qlobal planları və BİZ...
-
Britaniya ilə Fransa arasındakı fərq
Rəsmi London müstəmləkəsindən niyə imtina edib?
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
«IHS Markit» şirkətinin illik hesabatında iddia olunur ki, 2016-cı ildə dünyada müdafiə xərclərinin ümumi həcmi 1,57 trilyon dollara çatmaqla xeyli artıb. ABŞ və Avropanın büdcəsi cüzi artdığı halda ən böyük artımı Asiya və Baltikyanı nümayiş etdirir. Rusiya Səudiyyə Ərəbistanı və Hindistanı irəli buraxaraq liderlər beşliyindən çıxıb. Fransa da tezliklə onu arxada qoymalıdır.
Payına ümumdünya hərbi məsrəflərinin 99 faizinin düşdüyü 105 ölkənin müdafiə xərclərini diqqətlə araşdırmış IHS Markit şirkətinin analitikləri hesab edir ki, 2015-ci il büdcələrin azalmasına son qoysa da, 2016-cı il «müdafiə xərclərinin artım onilliyinin başlanğıcı ilə» əlamətdar olub.
NATO, Avropa və Rusiya
Avropada müdafiə xərcləri az artıb. Böyük Britaniya (üçüncü yer, 53,8 milyard dollar), Fransa (yeddinci yer, 44,3 milyard dollar) və Almaniya (doqquzuncu yer, 35,8 milyard dollar) reytinqdə əvvəlki yerlərini saxlayıb. Halbuki NATO ölkələrinin ümumi büdcəsi 2010-cu ildən bəri ilk dəfə çoxalıb.
AB-yə üzv ölkələr ümumilikdə 219 milyard dollarlıq nişanəyə yetişib ki, bu da Amerika hərbi büdcəsinin üçdə birindən və Çininkindən bir qədər çoxdur. «IHS Markit»də əmindirlər hər necə olur-olsun, durum dəyişiləcək: «2020-ci ilə doğru Çinin müdafiə büdcəsi AB büdcəsini keçəcək, o zaman bu, uyğun olaraq 232 və 230,4 milyard dollar təşkil edəcək» (Brexit perspektivinə baxmayaraq proqnoz Britaniya büdcəsini ehtiva edir).
Fransa hərbi xərcləri (hazırda NATO direktivinə uyğun olaraq ÜDM-in 2 faizi nişanəsindədir) əvvəlki səviyyədə qalacaq və yaxud ÜDM planında payı bir qədər azalacaq, lakin mütləq kəmiyyətlərdə Fransa iqtisadiyyatının gözlənilən artımı ilə bağlı çoxalacaq.
Ən hiss olunacaq artım Krımın ilhaqının əsil psixoloji zədə olduğu Baltikyanında müşahidə olunur. Analitiklər hesab edirlər ki, Ukrayna böhranının başlanması ilə ən yaxın iki ildə silah alışı daha 100 faiz artacaq. 2005-ci ildə bölgə ölkələrinin müdafiə büdcəsi 930 milyon dollar təşkil edirdisə, 2020-ci ilə doğru 2,1 milyard dollara qədər artacaq.
ABŞ 622 milyard dollar nəticə (dünyadakı bütün hərbi xərclərin 40 faizi) ilə hamını xeyli arxada qoyur. «IHS Markit»də qeyd edirlər ki, «ABŞ 11 sentyabrdan bəri müdafiəyə 9, 35 trilyon dollardan çox xərcləyib». Donald Trampın seçilməsi (Hillari Klintonun açıqlamalarına uyğun olaraq) büdcədə cüzi azalma haqda proqnozları dəyişdirib, çünki yeni prezident işarə vurub ki, xərcləri artırmağa hazırlaşır.
Rusiyada isə 1990-cı illərdən bəri ilk dəfə hərbi büdcənin ixtisarı müşahidə olunur: 51,8-dən 48,4 milyard dollara qədər. Nəticədə reytinqdə dördüncü yerdən altıncı yerə yuvarlanıb. «IHS Markit» güman edir: «Gözləyirik ki, Rusiya büdcəsi 2017-ci ildə daha da azalacaq və fransızlara onu ötmək imkanı verəcək».
Asiya-Sakit okean bölgəsi
Asiya-Sakit okean bölgəsində müdafiə büdcələri xeyli artıb, özü də məsrəflər təkcə ərazini müdafiə vasitələrinə deyil, qoşunların yerləşdirilməsi vəsaitlərinə də toxunur. Başlıca narahatlığı Çini əhatə edən dənizlərdəki gərginlik doğurur və məsrəflərin əksər maddələri bu zonanı çevrələyən ölkələrin hərbi-dəniz və hərbi-hava imkanlarının genişləndirilməsinə yönəlib.
Sözsüz ki, Çin bölgənin lokomotividir və 191,8 milyard dollar nəticə ilə reytinqdə ikinci yerini saxlayır (tam bir vahid kimi AB nəzərə alınmasa). «IHS Markit»in proqnozlarına görə, bu tendensiya saxlanacaq, rəqəmlər on il ərzində iki dəfə çoxala bilər.
Yaponiya onillik ixtisardan sonra məsrəfləri yenidən artırmağa başlayıb, amma analitiklər qeyd edirlər ki, «büdcə məhdudiyyətləri hələ də güclüdür». Yaponiya hökuməti həcmdə Çinlə bəhsə girişə bilməz və buna görə də hər bir dolların səmərəli istifadəsinə xüsusi göz qoyur.
Hindistan 2016-cı ildə reytinqdə dördüncü yeri tutmaqla Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyub. IHS Markit-də hesab edirlər ki, «Hindistan ən yaxın iki ildə Böyük Britaniyanı keçib üçüncü yeri tutacaq». Əgər büdcə artımı bu yaxınlaradək ölkədə əməyin dəyərinin yüksəlişi ilə bağlıydısa, hazırda ekspertlər düşünürlər ki, yeni genişlənmələr avadanlığın modernləşdirilməsi ilə əlaqəli olacaq ki, bu da Hindistanı «silah tədarükçüləri üçün əsas bazar edəcək».
Yaxın Şərq
Neft qiymətlərinin düşməsi Fars körfəzi ölkələrinin müdafiə xərclərinin artmasına zərbə olub və bölgə 2012-2014-cü illərdə malik olduğu ən sürətlə inkişaf edən silah bazarı statusundan məhrum olub. Bununla belə, Qətər və Küveytin hərbi xərcləri xeyli artım nümayiş etdirib. (Strateq.az)